NATO üzvü olan Litva Belarus prezidenti Aleksandr Lukaşenkonun Avroatlantik alyansı ölkənin qərb sərhəddində hərbi qüvvə yerləşdirməkdə ittiham etməsindən sonra qonşu Belarus üçün hərbi təhlükə yaratmadığını bildirib.
"Belarusdakı böhran siyasi xarakter daşıyır. Belarus rəhbərliyinin digər ölkələrin müdaxiləsi və ya onların yaratdığı təhlükə ilə bağlı verdiyi hər hansı bir bəyanat günahın başqasının üzərinə atılması və öz hərəkətlərinə bəraət qazandırmaq cəhdləridir", Litvanın müdafiə naziri Raymundas Karoblisin Reuters agentliyinə açıqladığı bəyanatında deyilir.
Onun bildirdiyinə görə, Litvadakı bütün beynəlxalq təlimlər uzun zamandır planlaşdırılan cədvələ əsasən keçirilir.
Litva avqustun 2-dən 14-ə qədər qədər hərbi təlimlərə ev sahibliyi edib. Litva hərbi qüvvələrinin sözçüsünün bildirdiyinə görə, təlimlərdə Litvanın 1100 əsgəri qüvvəsi, eləcə də Polşadan gələn 200 ABŞ əsgəri və 10 helikopter iştirak edib.
O bu ay ərzində başqa hərbi manevlərin planlaşdırılmadığını əlavə edib.
Litvanın xarici işlər naziri Linas Linkeviçus Lukaşenkonun NATO hərbi qüvvələrinin Belarus sərhədlərində yerləşdirilməsi ilə bağlı açıqlamalarını yalan adlandırıb. O, Twitter sosial şəbəkəsində açıqlamasında bunun “Rusiyanı köməyə çağırmaq üçün bir əsas yaratmaq” məqsədilə edildiyini bildirib.
Avqustun 16-da Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko ilə telefon son iki gündə ikinci dəfə söhbəti söhbəti baş tutub. Kremlin açıqladığı bəyanatda Putinin telefon söhbəti zamanı Moskvanın lazım gələrsə kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində Belarusa kömək etməyə hazır olduğunu bildirib.
Bəyanatda Belarusa kənardan təzyiq göstərildiyi deyilib, lakin bu təzyiqin kim tərəfindən həyata keçirildiyi bildirilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?