Belarus polisi dünən səhər saatlarında itkin düşən müxalifətçi Maria Kolesnikovanın axtarışlarına başlayıb.
GundemXeber.Az “TASS”a istinadla xəbər verir ki, Belarusda müxalifətin koordinasiya şurasının idarə heyətinin üzvü Maria Kolesnikovanın itkin düşməsi barədə ailəsi polisə müraciət edib. Belarus DİN müraciətin qəbul edildiyini və Kolesnikovanın axtarışlarına başladıqlarını deyib. Qeyd edək ki, dünən səhər saatlarında Maria Kolesnikovanın Minskdəki Milli İncəsənət Muzeyi yaxınlığında mikroavtobusla qaçırıldığı bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?