Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası prezident Armen Sarkisyanın Konstitusiya Məhkəməsinin sədri postuna irəli sürdüyü namizədi dəstəkləməyib.
Bunu sentyabrın 8-də “Joxovurd” qəzeti yazıb.
Məlumata görə, dövlət başçısı məhkəmə sədri vəzifəsinə Artur Vaqarşyanın namizədliyini irəli sürüb. Lakin baş nazir Nikol Paşinyanın parlament fraksiyası A.Vaqarşyanın namizədliyinin əleyhinə olub və prezidentə qarşı çıxmaq barədə qərar qəbul edib.
“Hakim fraksiya prezidentin irəli sürdüyü namizədi dəstəkləməkdən imtina etməklə Sarkisyan variantına qarşı çıxıb. Başqa sözlə, prezidentlə hökumət arasında gərginlik artır”, - qəzet yazıb.
Qeyd edək ki, iyulun 3-də Armen Sarkisyan Konstitusiya Məhkəməsində islahat üzrə komissiyanın üzvləri görüşdə bu məhkəmə üzvlərinin seçilməsi deyil, təyin olunmasını təklif etmişdi.
Xatırladaq ki, iyunun 30-da Ermənistan parlamenti “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliklər layihəsini qəbul edib. Dəyişikliklərə əsasən, Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddəti 12 il müəyyən edilib. Ona görə də 3 hakimin səlahiyyəti müddəti başa çatmış elan edilib. Məhkəmənin sədri Qrayr Tovmasyan da vəzifəsini itirib. O, hazırda Konstitusiya Məhkəməsinin hakimidir.(report.az)
Sorğu
Yeni dizaynımız necədir?