Ermənistan parlamenti oktyabrın 24-də səsvermənin birinci turunda baş nazir seçə bilməyib.
Parlamentdəki üç fraksiya - Respublika Partiyası, “Tsarukyan” və “Daşnaksutyun” səsvermədə iştirak etməyəcəklərini bildirib, “Elk” fraksiyası isə səsvermədə bitərəf qalacağını bəyan edib.
Nəticədə baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın lehinə səs verən olmayıb, cəmi 1 deputat əleyhinə səs verib, 11 nəfər bitərəf qalıb.
N.Paşinyanın baş nazir vəzifəsinə namizədliyini “Elk” fraksiyası irəli sürüb.
Paşinyan və onun siyasi komandası yeni baş nazirin seçilməməsində maraqlıdır. Bu yolla parlament buraxılacaq və növbədənkənar parlament seçkiləri təyin olunacaq.
Mənim baş nazir postuna namizədliyimin irəli sürülməsi formal xarakter daşıyır. Mənim namizədliyim ona görə irəli sürülməyib ki, məni seçsinlər, ona görə verilib ki, məni seçməsinlər. Nikol Paşinyan “Mənim baş nazir postuna namizədliyimin irəli sürülməsi formal xarakter daşıyır. Mənim namizədliyim ona görə irəli sürülməyib ki, məni seçsinlər, ona görə verilib ki, məni seçməsinlər. Deməli, Milli Məclis mənə səs verməməlidir”, - bu gün, oktyabrın 24-də Ermənistan parlamentinin baş nazir seçilməsi ilə bağlı növbədənkənar toplantısında çıxış edən Nikol Paşinyan deyib. O, baş nazirin səlahiyyətlərini müvəqqəti yerinə yetirir.
“Mənim namizədliyimin irəli sürülməsində məqsəd qarşıdakı parlament seçkilərinin legitimliyi mövzusunda istənilən spekulyasiyanı, keçiriləcək seçkilərlə bağlı istənilən hüquqi boşluğu istisna etməkdir”, - Paşinyan bəyan edib. O, dekabrda növbədənkənar seçkilərin keçiriləcəyinə şübhə olmadığını da vurğulayıb.
Oktyabrın 24-də erməni parlamentində baş nazir vəzifəsinə namizədlə bağlı səsvermənin birinci turunun keçirilməsi nəzərdə tutulub.
Bu ərəfədə “Elk” parlament fraksiyası həmin vəzifəyə N.Paşinyanın namizədliyini verib.
Mənim namizədliyimin irəli sürülməsində məqsəd qarşıdakı parlament seçkilərinin legitimliyi mövzusunda istənilən spekulyasiyanı, keçiriləcək seçkilərlə bağlı istənilən hüquqi boşluğu istisna etməkdir.
Paşinyan və onun siyasi komandası yeni baş nazirin seçilməməsində maraqlıdır, onlar bununla parlamentin buraxılmasına və qanunverici orqana növbədənkənar seçkilərin keçirilməsinə can atırlar. İndiki parlamentdə ən böyük fraksiya keçmiş iqtidar Respublika Partiyasıdır.
Ermənistan Konstitusiyasına görə, iki həftə içində parlament yeni baş nazir seçə bilməsə, qanunverici orqan buraxılmalıdır.
Taktiki gediş edərək oktyabrın 16-da vəzifəsindən istefa vermiş Paşinyanın müttəfiqləri onun namizədliyini prosedurun formal tərəfini təmin etmək məqsədilə verdiklərini bəyan ediblər.
Bu gün Paşinyanın seçilməməsi parlamentin buraxılması yolunda ilk addım olacaq. Həftə ərzində baş nazir vəzifəsinə yeni namizədin irəli sürülməməsi, ya da oktyabrın 31-də hər hansı namizədin seçilməməsi parlamentin hüquqi baxımdan buraxılmasına imkan yaradacaq. O zaman növbədənkənar seçkilər dekabrın ilk yarısında keçiriləcək./AzadlıqRadiosu
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?