Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi “Xristian Demokrat İttifaqı – Xristian Sosial İttifaqı” (CDU-CSU) bazar günü ölkədə keçirilən parlament seçkilərində açıq fərqlə qalib gəlib. Iqtidardakı CDU-CSU ittifaqının siyahısı 41,5%, birmandatlı dairələrdəki namizədləri isə 45,3% səs alıb.CDU-CSU ittifaqının hazırkı hökumət ortağı – Azad Demokratlar Partiyası (FDP) 5 faizlik minimum baryeri aşa bilməyərək parlamentdən kənarda qalıb. Müxalifətdəki Sosial Demokrat Partiyası (SPD) 25,7%, Sol Partiya (Die Linke) 8,6%, Yaşıllar 8,4% səs toplayıb.A. Merkelin yeni hökuməti formalaşdırmaq üçün bir neçə səs ehtiyacı var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?