Sentyabrın 13-də minlərlə etirazçı yenidən Belarusun paytaxtı Minskdə nümayiş keçirib. Buna səbəb Belarusun uzunmüddətli lideri Aleksandr Lukaşenkonun ötən ay seçkiləri ilə hakimiyyətini daha da uzatması səbəb olub.
Nümayişlər avqustun 9-da saxtalaşdırıldığı deyilən seçkilərdən sonra davam edir.
Likaşenko mübahisəli seçkilərdə səslərin 80-dən çox faizini aldığını iddia edir. Müxalifət partiyaları, ABŞ və Avropa İttifaqı səsvermənin ciddi şəkildə saxtalaşdırıldığını bildirir.
Polşanın maliyyələşdirdiyi Belsat kanalı və müstəqil Tut.by televiziyasının vodeolarında Belarusun iğtişaş polisinin 40-a yaxın qadını vəhşicəsinə həbs etdiyi görünür.
Bəzi nümayişçilər Kolesnikovaya işarə olaraq “Maşamızı geri qaytarın” şüarı səsləndirib.
Belarus müxalifətinin liderlərindən biri olan Mariya Kolesnikova çərşənbə axşamı qonşu Ukraynaya keçməyə çalışarkən həbs edilib.
Rəsmilər Kolesnikovanın artıq Ukraynaya keçən müxalifətin digər iki üzvü,Anton Rodnenkov və İvan Kravtsovla birlikdə səyahət etdiyini bildirib.
Belarus müxalifət lideri Svetlana Tixanovskaya ölkəsinin "dərin bir siyasi böhran" içində olduğunu deyib.
Sorğu
Yeni dizaynımız necədir?