Finlandiya hökuməti çərşənbə axşamı COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə bütün bar və restoranların gecə saat 1-də bağlanması və oktyabrın 8-dən etibarən gecə yarısından sonra spirtli içkilərin satışının dayandırılmasına göstəriş verib.
"Rəsmi məlumatlar həyəcanvericidir. Yoluxanların sayı sürətlə artır" - deyə, Ailə və Sosial Xidmətlər naziri Krista Kiuru qərarı jurnalistlərə bildirib.
Kiuru onu da əlavə edib ki, koronavirusun ən sürətlə yayıldığı yerlərdə yerli hökumət orqanlarının restoran və barlara spirtli içkilərin satışını saat 22-də dayandırmaq və qapılarını saat 23-də bağlamaq hüququ var.
Finlandiya COVID-19-a yoluxma hallarına görə aylardır Avropada ən aşağı yerlərdə idi. Lakin ölkənin səhiyyə idarəsi çərşənbə axşamı koronavirusa 149 yeni yoluxma halının qeydə alındığınlı bildirib.
Pandemiya mart ayında başlayandan bəri Finlandiyada COVID-19-dan 345 ölüm, 9892 yoluxma halı qeydə alınıb. Bunlardan 1016 nəfəri sentyabrın son iki həftəsində yoluxub.
"Müsbət test nəticələrinin sayı bir faiz yüksəlib və bəzi bölgələrdə isə daha yuxarıdır" - deyə, Kiuru bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?