ABŞ hökuməti 2021-ci ildə ölkəyə qaçqın qəbulu limitinin azaldılmasını təklif edib.
TASS xəbər verir ki, ölkədə 1980-ci ildən bəri minimum rəqəm hesab olunan 15 mindən çox insanın qəbul edilməməsi təklif olunub.
Dövlət Departamentindən bildirilib ki, 2021-ci ildə təqribən 300 min insanın qaçqın statusu alması gözlənilir.
“Bu saydan 15 minə qədəri ABŞ-ın qaçqın qəbulu proqramı çərçivəsində qəbul ediləcək qaçqınlar olacaq”, - deyə məlumatda qeyd edilir.
Dövlət Departamentindən vurğulanıb ki, bu qərar ABŞ rəhbərliyinin xüsusən COVID-19 pandemiyası fonunda vətəndaşlarının təhlükəsizliyini təmin etmək istəyini əks etdirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?