Almaniyada qaçqın yataqxanasında məskunlaşanlar arasında dava düşüb. AzEuroNews.com xəbər verir ki, bu barədə alman “Bild” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, hadisə Bavariya əyalətinin Valdkrayburq (Waldkraiburg) şəhərində qeydə alınıb. Belə ki, qaçqınlar arasında baş verən davada biri ağır olmaqla 5 nəfər ağır yaralanıb.
Davaya müdaxilə etmək üçün əraziyə 150 polis gəlib. Yaralılar xəstəxanaya çatrılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan helikopter vasitəsi ilə hospitala aparılıb.
Hadisə ilə bağlı bir nəfər həbs olunub, 3 nəfər nəzarətə götürülüb.
Sözügedən şəhərdəki yataqxanada yaşayan azərbaycanlılardan AzEuroNews.com-a verilən məlumata görə, hadisə yataqxanadakı soyuducu üstündə olub: “Afrikadan gələnlər arasında dava düşdü. Yataqxanada 3-5 nəfərə bir soyuducu ayırıblar. Çox vaxt soyuduclardan oğurluq edirlər və ya icazə almadan başqasının ərzağından istifadə edirlər. Bu səbəbdən yataqxanada tez-tez dava olur. Amma bu ilkin versiyadır, polis hadisəni araşdırır”.
Həmvətənimizin sözlərinə görə, dava düşən yataqxanada 10-a yaxın azərbaycanlı qalır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?