GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Moskva Zelenskinin Türkiyə səfərindən niyə təşvişə düşüb? - Rusiyaya qarşı ikinci cəbhə

Moskva Zelenskinin Türkiyə səfərindən niyə təşvişə düşüb? - Rusiyaya qarşı ikinci cəbhə

Tarix: 16-10-2020, 13:26 Bölmə :Dünya Baxış: 286
Moskva Zelenskinin Türkiyə səfərindən niyə təşvişə düşüb? - Rusiyaya qarşı ikinci cəbhə


“Türkiyə Ukraynanın Qara və Azov dənizlərində Rusiya ilə mübarizəsini dəstəkləmək qərarına gəlib”.

Rusiyanın hərbi portalı Avia.pro Ukrayna prezidenti Vladimir Zelenskinin dünən başlayan Türkiyə səfərini şərh edərkən bu iddianı irəli sürüb.

Xatırladaq ki, sabah yekunlaşması planlaşdırılan bu səfər çərçivəsində iki ölkə arasında hərbi-strateji müqavilə bağlanması nəzərdə tutulur. Ukrayna Müdafiə naziri Andrey Taranın bildirdiyinə görə, “bu müqavilə müdafiə sahəsində Ukrayna-Türkiyə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün hüquqi zəmin yaradacaq, həmçinin iki ölkənin Qara dəniz – Azov bölgəsində sülh və təhlükəsizliyə bağlılığını əks etdirəcək”.

Avia.pro da məhz bu açıqlamaya istinadən, iki ölkənin hərbi əməkdaşlığa başlamasını Rusiya üçün böyük təhdid hesab edir: “Mətbuatda yer alan məlumatlarda iki ölkə arasında Rusiya üçün çox mənfi nəticələrə səbəb ola biləcək strateji ittifaqdan söhbət gedir”.

Türkiyə ilə Ukrayna arasındakı hərbi-strateji ittifaq sazişinin bağlanması ərəfəsində Ankarının öz hərbi arsenalındakı S-400 hava hücumundan müdafiə sistemlərini Samsundan Sinopa daşıması və bunu açıq şəkildə bəyan etməsi də Avia.pro-nun diqqətindən yayınmayıb. Portalın iddiasına görə, S-400-ün hazırda yerləşdirilən məkanı Krım yarımadasının bütün ərazisini nəzarətə götürməyə fürsət verir və bu gün, yaxud sabah Ukraynayla bağlanacağı gözlənilən strateji hərbi ittifaq müqaviləsi məhz bu bölgədə iki ölkə arasında aktiv qarşılıqlı əlaqəni nəzərdə tutur.



Maraqlıdır ki, bundan bir qədər əvvəl NATO-nun ağır gəmiləri Qara dənizin Ukrayna sahillərinə lövbər salanda Kiyev Ankaranı Bosfor boğazını bağlamağa çağırmış, Türkiyə isə hələ ki belə bir hüququ doğmadığı üçün buna getməmişdi. Zira 1936-cı ildə bağlanan Montrö müqaviləsinə əsasən, Türkiyə yalnız bir halda Qara dənizi Aralıq dənizinə bağlayan boğazları bağlaya bilər: regionda savaş çıxarsa.

Bununla belə, Türkiyə ilə Ukrayna arasında Qara dəniz və Azov bölgəsinin təhlükəsizliyi və müdafiəsini nəzərdə tutan müqavilənin bağlaması Rusiya ətrafında çənbərin daralmasına və Azovda saxlanılan rus hərbi gəmilərinin daxili sularda həbs olunmasına gətirib çıxara bilər. Başqa sözlə desək, bütün bunların Dağlıq Qarabağda müharibə getdiyi zamana təsadüf etməsi NATO qüvvələrinin Rusiyaya qarşı ikinci cəbhəni açması anlamına gəlir.

Bəlli olduğu kimi, NATO üzvü olmasa da, Ukranya bu alyansla dərin əlaqələr içərisindədir. Hazırda Ukraynada ABŞ-ın ağır bomba daşıyan strateji B-52 təyyarələrinin yerləşdirilməsi və onların ölkənin hava sərhəddinin qorunmasında rol alması təsadüfi hesab edilə bilməz. Görünən budur ki, Ukrayna da yaxın günlərdə 2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş Krım yarımadası və Donbass uğrunda aktiv döyüşlərə hazırlaşır.

Rusiya silahlarına qarşı yeni hərbi texnika və texnologiyaların Dağlıq Qarabağdakı son döyüşlərdə uğurla sınaqdan çıxarılması da Kiyevi öz torpaq bütünlüyü uğrunda mübarizəyə həvəsləndirə bilər. Azərbaycan ordusunun Türkiyədən aldığı pilotsuz təyyarələrlə erməni ordusu üzərində əsl şou göstərməsi bu güvənin əsas dayağıdır və Kiyev-Ankara arasındakı hərbi əməkdaşlıqların niyə məhz indi genişləndirilməsinə kifayət qədər aydınlıq gətirir.

Ukraynanın ABŞ hərbi təyyarələri və digər texnikalarla hava hücumlarından qorunması da Kiyevə əlavə impulslar verir. Belə görünür ki, Ukrayna səmasının təhlükəsizliyini tam qarantiya altına alan Kiyev Krımda və Donbassda separatçılara və onların ağalarına qulaqburması verməyə hazırlaşır./ovqat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Rusiyaya xəbərdarlıq edib

    ABŞ Rusiyaya xəbərdarlıq edib ...

    1-09-2018, 12:57

  • 
  • Zelenski Ukraynanın strateji tərəfdaşlarını təsdiqlədi: Azərbaycan, Türkiyə…

    Zelenski Ukraynanın strateji tərəfdaşlarını ...

    17-09-2020, 21:28

  • 
  • ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib

    ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib ...

    18-09-2020, 10:39

  • 
  • Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli olub

    Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli ...

    18-05-2019, 14:10

  • 
  • Rusiya hərbi təyyarəsinin vurulmasından sonra Lavrov ilk qərarını verdi

    Rusiya hərbi təyyarəsinin vurulmasından sonra ...

    24-11-2015, 19:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu