Özünü qondarma Dağlıq Qarabağın “prezident”i kimi təqdim edən Araik Arutyunyan uduzduqları döyüşlərə əsgər toplamaq üçün ermənilərə videomüraciət ünvanlayıb.
Müharibə ilə bağlı Ermənistan vətəndaşlarının ruh düşkünlüyünü açıq-aşkar etiraf edən separatçıların “rəhbər”i qələbə üçün duaya ehtiyacları olduğunu deyib.
“Bütün kilsələrin əsgərlər üçün dua etmələrini istəyirəm. Səhər yuxudan duran hər bir erməni qələbə üçün dua etməlidir”, - A. Arutyunyan qeyd edib.
O, “vətəndaşları” imkan daxilində cəbhəyə getməyə və bu qərardan geri dönməməyə çağırıb:
“Sizi təmas xəttində gözləyirlər. Gəlin vətənpərvərlik borcumuzu şərəflə yerinə yetirək”./yenisabah.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?