Böyük Britaniyada pisləşən epidemioloji vəziyyətə görə xəstəxanalarda minlərlə əməliyyat ləğv edilir. Bu gün tibb müəssisələrində hər onuncu yataq COVID-19-a yoluxanlar tərəfindən tutulur.
Bu barədə “The Daily Telegraph” xəbər yayır.
Böyük Britaniya Nazirlər Kabineti yanında Təcili Yardım Məsləhət Qrupunun mütəxəssisləri deyirlər ki, cəmi iki həftəyə xəstəxanalar tam dolacaq. Buna görə Milli Səhiyyə Xidmətinin 20-dən çox xəstəxanasının regional bölmələri planlaşdırılmış pasiyentlərin xəstəxanaya yerləşdirilməsini dayandırıb.
Son məlumatlara görə, ölkədə əməliyyat gözləyən 3,6 milyondan çox insan var.
Böyük Britaniyada gün ərzində 20 mindən çox koronavirusa yoluxma hadisəsi qeydə alınır. Xəstəliyə yoluxanların ümumi sayı milyonu keçib. Ümumilikdə virusa yoluxan 46,7 min insan ölüb. Bunlar Avropada ən yüksək göstəricilərdir.
Britaniyada 5 noyabr - 2 dekabr tarixləri arasında ümummilli karantin tətbiq ediləcək./oxu.az
Sorğu
Yeni dizaynımız necədir?