“The Jerusalem Post” qəzetinə müsahibəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan İsrailin “şeytani qüvvələrə qoşulduğunu” deyib. Nüfuzlu qəzetin müxbirləri Qarabağ münaqişəsini obyektiv işıqlandırmaq naminə erməni baş nazirlə videokonfrans rejimində danışmaq qərarına gəliblər. Və kaş bunu etməyəydilər, çünki çoxdandır siyasi liderlərdən heç biri özünü Paşinyanın bir saatdan da az davam edən müsahibədə apardığı qədər qeyri-adekvat aparmamışdı...
Zoom-a qoşulmaq deyəsən ona qəribə təsir göstərib-Paşinyan başqa aləmə düşüb və... yəhudi dövlətini beynəlxalq terrorçuluğu dəstəkləməkdə günahlandırıb. “İsrail bu münaqişədə Azərbaycanı dəstəkləməklə Türkiyə, terrorçular, suriyalı muzdlularla bir sıraya qoşulub və sonda bu şər koalisiyasının nəticələrindən ziyan çəkəcək”,-Paşinyan bu əcaib bəyanatdan təəcüblənərək donub qalmış israilli jurnalistlərə deyib.
Jurnalistlər təəcübdən aşağı əyilmiş çənələrini yuxarı qaldırmağa imkan tapmamış Nikol-cinqovan daha da irəli gedib və təkcə “The Jerusalem Post” jurnalistlərini deyil, bütün İsraili heyrətləndirən fikirlər söyləyib. Axı bu az idimi ki, ruhən başqa aləmdə olan Nikol yəhudi cinlərini qovub çıxarmışdı. O, üstəlik özünü Ararat dağlarından peyğəmbərlə müqayisə edib və İsrailə dərs verməyə qalxıb, geosiyasət haqda mühazirə deyib və Qüds barədə qiyamət mülahizələri söyləyib.
“İsrail özünə sual verməlidir-o, Dağlıq Qarabağda muzdlularla bir sırada döyüşmürmü? Bu, onun üçün doğrudanmı əlverişli mövqedir? Əgər belədirsə qoy Allah özü bilsin. Hərçənd mən hesab edirəm ki, bunun müəyyən nəticələri olacaq və siz həmin nəticələrlə üzləşməli olacaqsınız”,-Yerevandan olan “peyğəmbər” belə deyib və əlavə edib: “Türkiyənin imperiya ambisiyalarının İsrailə qarşı yönələcəyi zaman məsələsidir”.
Yəhudi xalqı özünün minilliklər boyu tarixində bütün dinlərdən olan peyğəmbərlə ünsiyyətin unikal təcrübəsini qazanıb. Onlardan kimsə müqəddəs kitablarda yer alıb, amma həmin publikanın böyük qismini yalançı peyğəmbərlər kimi tanıyıblar və onlara qarşı müvafiq tədbirlər görüblər. İndi isə budur, cinqovan Nikol, Yerevandan olan bu qondarma “peyğəmbər” İsraildə psixi baxımdan anormal adamlar siyahısına düşdü.
Doğrudur, bəd dillər iddia edirlər ki, Paşinyanın İsrailin ünvanına isterikası elementar paxıllıqdan irəli gəlir-oxşar şərtlər altında yaşayan iki ölkə var, hər ikisi təbii resurslardan yoxsuldur, mürəkkəb qonşularla əhatələniblər və xalqlarının mürəkkəb taleyi var. Lakin onlardan biri çiçəklənir, digəri isə öz ambisiyalarında xirtdəyəcən boğulur. Belə olanda paxıllıq hissləri onu rajat buraxmır və ittihamlar yağdırır. Başlıca ittihamlardan biri budur ki, israillilər öz silahlarını Azərbaycana satır. Bu tamamilə kifayət edir ki, Nikol onları “Şeytana qulluqda” ittiham eləsin. Sual olunur-İsraildən silah almağa Yerevana kim mane olur?
Ermənistanın xəsisliyi və öz mənfəətini güdməsi. Axı İsrail silahları havayı vermir, onların təchizatına görə pul ödəmək lazımdır. Üstəlik qiymətləri də ucuz deyil, hərçənd İsrail silahlarının keyfiyyətinə görə onlara baha qiymət ödəməyə dəyər. Ermənistan hakimiyyəti isə illərdir havayı, yaxud ucuz silahlara üstünlük verib. Bununla da kifayətlənməyib və əlinə keçən havayı silahları üçüncü ölkələrə sataraq öz cibini doldurub. İndi Ermənistan ordusunun texnoloji baxımdan geri qalmasına görə kimi günahlandırasan? Kimi istəsən onu-İsraili, Rusiyanı, Ukraynanı-təkcə özünü yox.
İndi cinqovan Nikol özü də bilmədən qırmızı xətti keçib və İsrail kimi dövlətin ünvanına belə ağır ittihamlar səsləndirib. Nəticədə növbəti dəfə ölkəsinə ziyan vurub və onu mənfi nəticələrlə üz-üzə qoyub. Yəhudi dövlətindən cinləri qovmağa başı qarışdığı bir vaxtda özü də bilməyib ki, cinli adama çevrilib. Üstəlik ilk dəfə deyil.../virtualaz.org/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?