Rusiya Futbol İttifaqının (RFS) Hakimlər Komitəsi iki referini cəzalandırıb.
Mixail Vilkov və Vladislav Bezborodov "Krasnodar"ın qalmaqallı oyunlarındakı qərəzli idarəçiliyə görə ilin sonunadək hakimlikdən kənarlaşdırılıb.
Vilkov "Rubin"lə (3:1), Bezborodov isə Moskva "Lokomotiv"i ilə (1:3) matçdakı kobud səhvləri səbəbindən bu cəzaya məruz qalıblar. Sonuncu oyunda VAR hakimi olan Kirill Levnikova isə yüngül cəza verilib.
Qeyd edək ki, Vilkov həmçinin "Rubin"in şikayətinə baxılarkən Nizam-İntizam Komitəsinin üzvlərini yoldan çıxardığını etiraf edib. Bundan sonra Apellyasiya Komitəsi federasiyadan referiyə sanksiya tətbiq olunmasını tələb edib./report.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?