Ermənistanın paytaxtı Yerevanın Azadlıq meydanında müxalifətin əvvəlcədən planlaşdırılan mitinqi başlayıb.
Gundemxeber.Az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, polis bir neçə aksiya iştirakçısını saxlayıb.
Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.
Xatırladaq ki, Ermənistan müxalifəti bu gün 2020-ci il noyabrın 10-da Qarabağ üzrə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli razılaşmaya etiraz aksiyası keçirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?