Yerevandakı “Azadlıq” meydanında Ermənistanın Gömrük İttifaqına üzv olmasına etiraz edənlərin aksiyası başlayıb. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, yüzlərlə adamın yığışdığı meydana və onun ətrafına çoxsaylı polis qüvvələri yeridilib, nəticədə meydan giriş imkanları azalıb. Mülki geyimli polislərin də etirazçıların meydana tərəf yürüməsinə mane olub. Yol polisi əməkdaşlarının isə aksiya ərəfəsində ərazidəki avtomobillərin “təmizlənməsi” əməliyyatına başlayıb. Etiraz aksiyasının prezident rezidensiyası qarşısında davam etdirilməsi də nəzərdə tutulub. Amma Baqramyan prospektində yerləşən rezidensiyanın dörd tərəfdən mühasirəyə alındığı haqda xəbər yayılıb. Sadə insanların hətta yol kənarındakı səkilərdən istifadəsinə belə imkan verilməyib.
Etirazçılar “Serjik, get!”, “Putin, get!”, “Avro Ermənistan”, “Müstəqil Ermənistan”, “Ermənilər, birləşin” şüarları səsləndirib. Aksiya iştirakçılarının əllərində Ermənistan və Ukrayna bayraqları, həmçinin üzərində “STOP – Russia!” sözləri yazılmış plakatlar var.
Qeyd edək ki, Rusiya prezidenti Putin bu gün Ermənistana səfərə gəlir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?