İran hökuməti koronavirusla mübarizə çərçivəsində noyabrın 21-dən epidemiya sovuşanadək yeni məhdudiyyətlər tətbiq edəcək.
Milli Anti-Koronavirus Qərargahının iclasında çıxış edən Prezident Həsən Ruhani yeni tədbirlər planının icrasına qərargahın və Səhiyyə və Tibbi Təhsil Nazirliyinin məsul olduqlarını bildirib.
O, şəhərlərdə insanların bir yerə toplaşmasını, habelə gediş-gəlişini minimum həddə endirməyin vacibliyini dilə gətirib və hər kəsi özündən, ailə üzvlərindən, dost-tanışlarından muğayat olmasına çağırıb.
Milli Anti-Koronavirus Qərargahının sözçüsü Əlirza Rəisi planın təfərrütından danışaraq 100-dən çox şəhərin ən yüksək təhlükəni ifadə edən “qırmızı zona”ya, 150 şəhərin “naringi zona”ya, azı 155 şəhərin də az təhlükəli olduğu “sarı zona”ya aid edildiyini bildirib. “Qırmızı zona”da işləyənlərin yalnız üçdə biri işə getmək üçün evlərini tərk edəcək, bütövlükdə yol hərəkətinə (giriş-çıxış) məhdudiyyətlər qoyulacaq.
Son məlumata görə, İranda koronavirusa yoluxanlar 740 mini, ölənlərin sayı isə 40 mini keçib. Həmçinin 550 min nəfər sağalaraq xəstəxanalardan buraxılıb.
Sorğu
Yeni dizaynımız necədir?