Amerikada yaşayan ermənilər Baş nazir Nikol Paşinyanın istefası üçün imzatoplama kampaniyasına başlayıb.
Kampaniyanın təşəbbüskarı Bostonda nəşr edilən "Ayrenik" erməni həftəlik qəzetidir.
Qəzetin son nömrəsində bildirilib ki, Amerika erməniləri həm Ermənistan, həm də Qarabağda yaşayan ermənilər üçün vaxtaşırı keçirilən yardım kampaniyalarında iştirak edib və yüksək məbləğ toplanıb.
Ənənəvi olaraq hər il noyabrın son cümə axşamında Ermənistana yardım kampaniyası keçirən "Hayastan" Ümumerməni Fondu bu dəfə pulla bərabər ABŞ ermənilərindən həm də Paşinyana etiraz istəyib.
Belə ki, ianə toplanması kampaniyası ilə eyni zamanda həm də Paşinyanın istefası üçün imza toplanacaq.
Sorğu
Yeni dizaynımız necədir?