GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Peqova qarşı cinayət işi: təhvil verilməsə, özümüz... - GƏLİŞMƏ

Peqova qarşı cinayət işi: təhvil verilməsə, özümüz... - GƏLİŞMƏ

Tarix: 25-11-2020, 12:20 Bölmə :Dünya Baxış: 259
Peqova qarşı cinayət işi: təhvil verilməsə, özümüz... - GƏLİŞMƏ


Respublika Prokurorluğu Rusiya vətəndaşları olan “WarGonzo” layihəsinin müəllifi Semyon Vladimiroviç Peqov və Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Arkadeviç Baqdasarov barəsində cinayət işi açıb. Buna səbəb də hər iki şəxsin “SolovyovLive” verilişində “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələridir.

Qeyd edək ki, Azərbaycanın təcrübəsində milli mənafelərimizə zidd hərəkətlərə yol verən xarici ölkə vətəndaşlarından bəzilərini ölkəmizə gətirib mühakimə etməsi halları var. Xatırlayırsınızsa, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olduğu üçün 2017-ci ilin fevralında Belarusda qandallanaraq ölkəmizə gətirilmiş və barəsində məhkəmə hökmü də çıxarılmışdı. Sonradan yalvarışlarından sonra Azərbaycan dövləti humanist mövqeədən çıxış edərək, onu azadlığa buraxmışdı.

Məhz sadaladığımız bu faktlardan çıxış edərək, Peqov və Baqdasarovu da eyni taleyin gözlədiyini söyləmək olar.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hər iki şəxsin məsuliyyətə cəlb olunmalarını mümkünsüz saymır: “Əksər ölkələrin hüquq sistemində terrora, milli, irqi ekstremizmə çağırışlar, eyni zamanda terroru dəstəkləmək, təbliğ etmək cinayət məsuliyyəti yaradır və dünyada bu cür şəxslərin, informasiya vasitələrinin cəzalandırılmasının şahidi çox olmuşuq. 44 günlük Vətən müharibəsi gedişində bir çox ölkələrdə bizə qarşı bu səpkili təbliğat aparanlar var idi. Hesab edirəm ki, dövlətin müvafiq qurumları bunların monitorinqini aparmalı, həmin şəxslər haqqında cinayət işi qaldıraraq mənsub olduqları ölkələrə müraciət etməli və interpol vasitəsilə axtarışa verməlidir. Bu gün hamımızın daha çox izlədiyi, sosial şəbəkələrdə qarşımıza daha çox çıxan Rusiya vətəndaşı olan ayrı-ayrı insanların cinayət xarakterli çıxışlarıdır. Təbii ki, Rusiya hüquq-mühafizə orqanları onları bizə təhvil verməyəcəklər. Ancaq biz bütün hüquqi prosedurları keçməliyik ki, həmin şəxslərin gələcəkdə həbs olunmasını həyata keçirə bilək. Bu gün Semyon Peqov, Baqdasarovla bərabər terrora çağırış edən digər insanlar da var ki, onların da haqqında qərarlar vermək lazımdır. Hadisələr dövründə və bu gün də onlar öz cinayətkar fəaliyyətlərini davam etdirirlər. Məsələ ondadır ki, onların əksəriyyəti sıravi vətəndaşlar deyil. Məsələn, Rusiyada media maqnatı kimi tanınan, bir çox çap və mətbuat qurumlarının rəhbəri olan ”İzvestiya"nın sahibi Aram Qabrielyanovun açıqlamaları həm Rusiya, həm də Azərbaycan qanunlarına görə cinayət tərkibi daşıyır. Dediyim kimi, belə adamların sayı az deyil və biz hüquqdan gələn öhdəliklərimizi yerinə yetirməklə onları axtarışa verməliyik. Sabah onlar bizimlə yaxşı münasibəti olan, yaxud münasibətlərin inkişafında maraqlı olan hansısa başqa bir ölkənin ərazisində olarkən həbs olunub bizə təhvil verilə bilərlər. Lapşin məsələsini unutmaq olmaz. Bildiyiniz kimi, o, Rusiya vətəndaşı idi, axtarışda olduğu üçün Belarusda həbs edilib, Azərbaycana ekstradisiya edildi".

Tanınmış vəkil Əsabəli Mustafayev: “Bu iş hüquqi müstəvidə aparılır. Belə də olmalıdır. Cinayət işindən çıxarışlar Rusiya Baş Prokurorluğuna göndərilir. Xahiş olunur ki, həmin şəxs orada həbs edilərək, Azərbaycana təhvil verilsin. İndi bunun baş tutub-tutmayacağı barədə nəsə deyə bilmərəm. Çünki bir çox ölkələrdə, o cümlədən Azərbaycanda belə bir qayda var ki, ölkə vətəndaşı digər ölkəyə təhvil verilə bilməz. Ancaq özü o şəxs barəsində cinayət işi apara bilər. İndi burada ola bilər ki, Rusiya Baş Prokurorluğu desin ki, siz o materialları verin, özümüz onun məsuliyyətə cəlb olunmasını, cinayət əməlinin istintaqının aparılmasını və məhkəməyə göndərilməsini təmin edəcəyik. Açığı, bu mənə daha çox inandırıcı gəlir. Çünki biz tərəf də elə edir. Yəqin ki, onlar haqqında artıq məhkəməyə təqdimat var. Barələrində həbs-qətimkan tədbiri qərarı çıxarılıb və axtarış elan olunub. Əgər hər hansı bir sərhədi keçəndə ”İnterpol" tərəfindən tutulsalar və Azərbaycana təhvil verilsələr, bu asan olacaq. Onlar Rusiya tərəfindən ya Azərbaycana təhvil verilməlidirlər, ya da bu cinayət işinin tədqiqatı orada aparılmalıdır. Mənə daha çox inandırıcıdır ki, bunu xahiş və tələb etmək olar ki, onların törətdiyi cinayət əməlinə hüquqi qiymət verilsin".

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev də Rusiyanın vətəndaşlarını ölkəmizə təhvil verəcəyinə inanmır: “Peqov müharibənin şiddətli vaxtında Hadrutda əvvəllər çəkilmiş kadrları yayımlayıb deyirdi ki, həmin ərazilər hələ də ermənilərdədir. Yalan informasiyalarla cəmiyyəti çaşdırmağa çalışırdı. Azərbaycan vətəndaşlarında inamsızlıq yaratmaq cəhdləri təbii ki, baş tutmayacaqdı. Amma Rusiya və Ermənistanı bu cür yalan informasiyaları ilə aldada bildi. Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu dəfələrlə digər ölkələrə müraciət edib ki, işğal altındakı ərazilərinə Azərbaycanın icazəsi olmadan heç kim səfər etməsin, sərhədi keçməsin, əks halda, müvafiq tədbirlər görüləcək. Gördüyünüz kimi, bu adam sərhədi qanunsuz keçib Azərbaycan ərazisində at oynadırdı, döyüş meydanındakı uğurlarımıza kölgə salmağa çalışırdı. Bu azmış kimi, Moskvada yayımlayan verilişə çıxıb ağlasığmayan fikirlər səsləndirir. Cinayət işi əsasında həmin şəxsi əgər Rusiya Azərbaycana təhvil verməsə belə, Azərbaycan qanunlarını pozduqları üçün onları mühakimə etməlidir. Ölkəmiz ekstradisiya haqqında konvensiyaya qoşulan zaman orada bir qeyd var ki, Azərbaycan öz vətəndaşlarını mühakimə olunmaq üçün başqa ölkəyə vermir. Yəni vətəndaşı cinayət edibsə, onu özü mühakimə edir. Bundan çıxış edərək, ola bilsin ki, Rusiya həmin şəxsləri Azərbaycana təhvil verməsin. Amma bu o demək deyil ki, bu adam məsuliyyətdən yaxa qurtarsın. Milli qanunvericilik səviyyəsində bu şəxs cəzalandırılmalıdır ki, başqasına da bu bir nümunə olsun”./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Qarabağda gərginliyin azalmasının yeganə yolu ətraf rayonların azad edilməsidir" - Lavrovdan sensasion bəyanat

    "Qarabağda gərginliyin azalmasının yeganə ...

    7-04-2016, 20:41

  • 
  • Rusiya Ermənilər Birliyinin sədri DİN-ə çağrıldı və sonra... - GƏLİŞMƏ

    Rusiya Ermənilər Birliyinin sədri DİN-ə çağrıldı ...

    1-10-2020, 16:17

  • 
  • Azərbaycana növbəti təxribat

    Azərbaycana növbəti təxribat ...

    19-06-2014, 10:25

  • 
  • Lavrov: "Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə..."

    Lavrov: "Rusiya bundan sonra da Dağlıq ...

    11-11-2019, 15:31

  • 
  • Sankt-Peterburqda İ.Rəcəbəliyevaya və onun ailə üzvlərinə qarşı qanunazidd hərəkətlərə yol vermiş polis əməkdaşları barəsində cinayət işi başlanılıb

    Sankt-Peterburqda İ.Rəcəbəliyevaya və onun ailə ...

    17-12-2015, 16:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (309)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu