AŞ PA-nın son sessiyasında Ermənistan prezidenti Serj Sərkisyana kazino ilə bağlı solaxay sual ünvanlamaqla onu pis vəziyyətə qoyan müxalifətçi deputat Zaruhi Postancyanın hərəkəti qonşu ölkə gündəmində əsas müzakirə mövzularından biri olaraq qalır. Onu qınayanlar da var, müdafiə edənlər də.
Yerli “Joxovurd” qəzeti isə deputatın hərəkətinə orijinal bir izah tapıb. Musavat.com-un qəzetə istinadən verdiyi xəbərə görə, sən demə, bu, Postancyanın maksimum hay-küy salmaq istəyi ilə yox, incə şəkildə düşünülmüş planla bağlı olub.
Sitat: “Bu, ilk addımdır. İş ondadır ki, Rusiya prezidenti Putinlə son görüş zamanı söhbətdə Kreml başçısı Sərkisyana sonuncunun qumar oyunlarına sevgisi barədə işarə edib. Ardınca Sərkisyan Gömrük İttifaqına qoşulmaq haqda qərar qəbul edib. Bundan duyuq düşən avropalılar isə onlara atan Sərkisyana Postancyan vasitəsilə dərs vermək istəyiblər – kazino söhbətini ortaya atmaqla”.
Sorğu
Yeni dizaynımız necədir?