Baş nazir Bidzina İvanişvili İlham Əliyev və Serj Sərkisyana Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilərə öz prezidentliyə namizədinə səs verməyə təzyiq etmələri üçün zəng etməyəcək.
“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, baş nazir bildirib ki, azərbaycanlılar və ermənilərin kompakt yaşadıqları regionlarda hakim partiya olan “Vahid Milli Hərəkat”ın namizədinin qalib gəlməsi təhlükəlidir:
“Düzünü deyəcəm, ermənilərin məskunlaşdıqları Samtsxe-Cavaxeti regionunda Bakradze (“Vahid Milli Hərəkat”) Marqvelaşvilini “(“Gürcü arzusu”) qabaqlayır. Lakin biz düzgün olmayan təzyiq metoduna əl atmaq niyyətində deyilik, hansı ki keçmişdə tez-tez müşahidə olunub. Biz düzgün seçki tərəfdarıyıq və ümid edirik ki, Gürcüstan azərbaycanlıları və erməniləri bizi dəstəkləyəcəklər”.
Sorğu
Yeni dizaynımız necədir?