Şənbə günü Fransada keçirilən etiraz aksiyaları zamanı 100-dək polis, jandarmeriya qüvvələrinin əməkdaşları yaralanıb.
Bu barədə Fransanın Daxili işlər naziri Jerald Darmanen bildirib.
Onun sözlərinə görə, etiraz aksiyalaır zamanı 98 polis və jandarmeriya qüvvələrinin əməkdaşı yaralanıb: “Mən onlara hərtərəfli dəstək verirəm. Bu zorakılığı törədənlər mütləq cəzalarını almalıdır”- fransalı nazir öz Twitter səhifəsində yazıb.
Qeyd edək ki,aksiya təşkilatçıları Fransada keçirilən aksiyalarda 500 mindən artıq insanın aksiyalarda iştirak etdiyini bildirsə də Daxili İşlər Nazirliyi 130 mindən artıq insanın iştirak etdiyini açıqlayıb./Ölkə.Az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?