GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyan Putini çətin durumda qoyur və... - özünü vəziyyətdən çıxarmağa çalışır

Paşinyan Putini çətin durumda qoyur və... - özünü vəziyyətdən çıxarmağa çalışır

Tarix: 1-12-2020, 12:24 Bölmə :Dünya Baxış: 288
Paşinyan Putini çətin durumda qoyur və... - özünü vəziyyətdən çıxarmağa çalışır


Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 10-da Dağlıq Qarabağda 44 gün davam edən hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanatın imzalanmasından əvvəl Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların bəzi detallarını açıqlayıb.

Paşinyan öz facebook hesabında bildirib ki, özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezident”i kimi təqdim edən Araik Arutyunyan oktyabrın 19-da ona zəng edərək müharibəni dayandırmalı olduqlarını deyib.

“Mən Rusiya prezidenti Vladimir Putinə zəng vurdum. Elə həmin gün Təhlükəsizlik Şurasının iclasını çağırdım. Ermənistan prezidenti də iştirak etdi. Müxalifət xəbəri könülsüz qəbul etdi. Bildirdim ki, mən uğur qazana bilməyəcəyəm və ya xalqdan gizli bir şey etmək istəmirəm.

Heç bir açıq bəyanat verə bilmədim, çünki Azərbaycan açıq bəyanatımdan sonra təklifi rədd etsəydi, bu, bütün müqavimət sistemimizin çöküşü olardı. Yenidən Rusiya prezidentinə zəng etdim və dedim ki, razıyam. Bunu səhərədək Əliyevlə müzakirə edəcəyini və mənə zəng edəcəyini söylədi.

Putin bildirdi ki, erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması üçün öhdəlik götürməlidir. Şuşanı təhvil verməyə razı olsaydım, Azərbaycan yeni bir şərt qoyacaqdı. Beləliklə, atəşkəs mümkünsüz oldu, çünki dedim ki, Hadrutla razılaşsam da, Şuşanın Azərbaycana verilməsini təsəvvür edə bilmirəm. Beləliklə, heç bir razılıq əldə edilmədi. O zaman Cəbrayıl, Hadrut və yaxınlıqdakı bir neçə kənd, Füzuli və Talış Azərbaycan ordusunun nəzarətinə keçmişdi".

Paşinyan qeyd edib ki, bundan sonra da müharibə davam edib.

Paşinyan sosial şəbəkədə həmçinin yazıb ki, hələ 2011-ci ildə Kazanda hazırlanan razılaşmaya görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu keçid (son olmayan) status və gələcəkdə referendum qarşılığında verməyə hazır idi.

Paşinyan qeyd edib ki, Şuşa məsələsi 2007-ci ildə razılaşdırılan Madrid prinsiplərində müəyyənləşdirilmişdi. Bu sənədə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 1988-ci ildəki nisbətdə olmalı idi: “Bütün bunlarla 2018-ci ildə baş nazir vəzifəsinə gəldikdən sonra tanış oldum. Nə edə bilərdim? Xalqa müraciət edib, ”Dostlar, vəziyyət belədir - ya Qarabağın statusu olmadan yeddi rayondan imtina edirik, ya da müharibə olacaq" deyə bilərdim. Onda insanlar nə deyəcəkdilər? Onlar vətənlərini müdafiə edəcəkdilər. Müharibə başlayacaqdı və elə alınacaqdı ki, müharibəni Ermənistan başladıb. “Əraziləri qaytarırıq” desəydim, bu dəfə insanlar “Nikol xaindir” deyəcəkdi və yenə müharibə başlayacaqdı".

Baş nazirin sözlərinə görə, məsələni danışıqlar yolu ilə iyuldakı gərginlik və sentyabrdakı müharibə aralığında həll etməyə çalışsaydı, ondan qoşunların geri çəkilməsi üçün xüsusi qrafik tələb olunacaqdı. Buna razı olduğu təqdirdə isə yenə xain adlandırılacaq və yenə müharibə başlayacaqdı: “Beləliklə, 2018-ci ildən sonra Qarabağ məsələsi çıxılmaz vəziyyətə gəldi, bundan yalnız bir çıxış yolu vardı - ərazilərin qeyd-şərtsiz geri qaytarılması”. Yəni nəticə təxminən indiki kimi olacaqdı.

Serj Sərkisyanın müxalifətdə olan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov isə Nikol Paşinyanın 19 oktyabrda müharibənin dayandırılması üçün aparılan danışıqlarla bağlı açıqlamasına reaksiya verib.

Şarmazanov N.Paşinyanı “həyasızcasına yalan danışmaqda” və “torpaqları satmaqda” ittiham edib: “Hələ 12 oktyabrda, təkrar edirəm, 12 oktyabrda mən Paşinyana təklif etdim ki, Putinə müharibəni dayandırmaq xahişi ilə müraciət etsin. Dedim ki, bu gün atəşkəs üçün təklif edilən şərtlər sabah olmaya bilər, müharibə davam etsə, əlavə ərazilər və insan itkisi olacaq. Ancaq o bunu etmədi və xalqa yalan danışmağa başladı ki, guya biz qələbə qazanacağıq”.

Onun sözlərinə görə, 19-20 oktyabr danışıqlarında da Paşinyan Rusiya liderinin təklifindən imtina etdi və bu, Putin üçün anlaşılmaz idi: “Amma bu gün o, həyasızcasına yalandan deyir ki, Putin onun cavabını ”məntiqli" adlandırıb".

Siyasi ekspertlərin fikrincə, Paşinyanın dedikləridən belə görünür ki, o, prosesin başından Putinə hər gün zəng edirmiş. Rusiya prezidentinin təkliflərini isə faktiki olaraq qəbul etmirmiş. Eyni zamanda Azərbaycan Prezidenti Şuşa məsələsində qəti mövqeyini sonadək ortaya qoyub və şərtini Putinə bildirib. Putin də bu şərti Paşinyana şəxsən çatdırıb. Ancaq Paşinyan Şuşa məsələsində dirəniş göstərib və bu da Şuşanın Azərbaycan tərəfindən döyüşlə azad edilməsinə gətirib çıxarıb.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan özünü təmizə çıxarmaq üçün tez-tez yenə də sosial şəbəkədə statuslar yazır, paylaşır: “Sonuncu statusuna diqqətlə baxsaq görünür ki, yenə də özünü müdafiəyə keçib. Əsas tezisi də budur ki, guya o, torpaqları əldən verməyib, ondan öncəkilər vəziyyəti bu həddə gətiriblər, Azərbaycanın 7 rayonunun verilməsinə guya Kazanda və digər şəhərlərdə razılaşıblar, sadəcə, status məsələsi gündəmdə qalırmış və buna görə də bu məsələ həll olunmurmuş. Amma Paşinyanın yazdıqları bir həqiqəti üzə çıxardı ki, danışıqları Ermənistan pozub. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyirdi ki, danışıqları Ermənistan pozur. İndi Paşinyan faktiki olaraq bunu etiraf edir. Paşinyan etiraf edir ki, böyük dövlətlər də Ermənistana təzyiq edirdi ki, 7 rayon məsələsini həll etmək lazımdır, erməni tərəfi isə bunu uzadırdı və status məsələsini ortaya atırdı. Statusa da Azərbaycan razılaşa bilməzdi. Paşinyanın ikinci etirafı separatçıların lideri Araik Arutyunyanla bağlıdır. Əvvəllər belə deyilirdi ki, Araik Nikolun adamıdır. Amma bu statusunda Paşinyan Arutyunyanı da günahlandırmağa çalışır. Deyir ki, guya o, oktyabrın ortalarında Putinlə danışanda onun şərtlərinə razılaşıb, amma Araik Arutyunyan və Ermənistanın keçmiş rəhbərləri onu inandırıblar ki, status əldə etməyincə razılaşmaq olmaz. Razılaşmamanın isə nəticəsi bəllidir. Bununla Paşinyan Arutyunyanı da günahkar çıxarmağa çalışıb.

Paşinyan eyni zamanda Putinə mesaj göndərir. Çünki Putin bugünlərdə dövlət televiziyasına müsahibəsində bildirmişdi ki, 19 oktyabrda Paşinyana zəng edib atəşkəsin lazım olduğunu deyib, eyni zamanda İlham Əliyevin Şuşaya azərbaycanlıların qayıtması şərtini irəli sürdüyünü söyləyib. Paşinyan isə buna razılaşmayıb, deyib ki, bu, mümkün deyil. Paşinyan isə indi bunu belə izah edir ki, guya o, Putinə Şuşanı təhvil verməyin çətin olduğunun səbəbini izah edib və guya RF rəhbəri onu anlayıb. Halbuki Putin müsahibəsində belə fikir dilə gətirməmişdi. Deməli, bununla Paşinyan Putini də çətin durumda qoyur və özünü vəziyyətdən çıxarmağa çalışır. Müxalifət də Paşinyanın yalan danışdığını açıqlayıb. Paşinyanın müharibəni davam etdirmək yolunu tutması həm Ermənistanın itkilərini çoxaltdı, həm də Şuşanın Azərbaycan Ordusu tərəfindən döyüşlə azad edilməsi ilə nəticələndi. İndi Paşinyanın o cür statuslar yazması əslində özünü vəziyyətdən çıxarmır, əksinə, vəziyyətini daha da qəlizləşdirir".

Politoloq qeyd etdi ki, Paşinyanın populist siyasətçi olması yanlış qərarlar verməsinə, yanlış addımlar atmasına səbəb olub. Son yazdığı statuslardan da bu bir daha aydın olur: “Paşinyan populist siyasətçi olmasaydı, Şuşada yallı getməzdi, separatçıların liderinin ”andiçmə mərasimi"ni Şuşada keçirməzdi, separatçıların “parlamenti”nin Şuşaya köçürüləcəyi açıqlamasını Şuşada verməzdi. O anlamalıydı ki, bunlar hamısı Azərbaycanda ciddi narazılıqla qarşılanacaq və müharibə riskini artıracaq. Heç Paşinyandan əvvəlkilər bu cür təxribatlara açıq getmirdilər. O isə populist olduğudan bütün bunlara getdi, sülh çağırışlarına, şərtlərinə qulaq asmadı, atəşkəsə razılaşmadı və axırda da məğlub oldu. Paşinyanın yazdıqlarından o da bir daha məlum oldu ki, İlham Əliyev Putinlə danışıqda Şuşa məsələsini qəti şəkildə qoyub və Putin də Əliyevin şərtini Paşinyana çatdırıbmış. Lakin Paşinyan yenə də qabaqgörənlik nümayiş etdirməyərək razılaşmayıb. Nəticədə Şuşanı Azərbaycan Ordusu döyüşlə azad etməli olub. Biz döyüşərək qanımızla Şuşanı azad etdik. Bu da ermənilərə və Paşinyan kimi populistə dərs oldu".//“Yeni Müsavat”//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi

    Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng ...

    27-11-2020, 10:08

  • 
  • Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...”

    Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...” ...

    26-07-2018, 14:20

  • 
  • Vladimir Putinlə Nikol Paşinyan arasında görüş keçirilib

    Vladimir Putinlə Nikol Paşinyan arasında görüş ...

    27-12-2018, 19:26

  • 
  • Paşinyandan Qarabağda dəhşətli müharibə yaradacaq ŞOK SÖZLƏR: “Azərbaycanın bu rayonları da...”

    Paşinyandan Qarabağda dəhşətli müharibə yaradacaq ...

    10-09-2018, 15:46

  • 
  • Paşinyan Qarabağdan çıxmayan erməni əsgərlərdən Putinə şikayətləndi: “İtaət etmirlər”

    Paşinyan Qarabağdan çıxmayan erməni əsgərlərdən ...

    17-11-2020, 13:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu