Yerevanın ictimai yerlərində insanların zirehli jiletlərdə və xüsusi formalarda olması polis əməkdaşlarına etibarsızlığın göstəricisidir.
Bunu Ermənistan Polisinin keçmiş rəis müavini Ovannes Koçaryan özünün feysbukdakı səhifəsində yazıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının aksiyasından bəhs edən keçmiş rəis müavini bəzi şəxslərin paytaxt küçələrində zirehli jiletlərdə olmasına diqqət çəkib.
"Onlara kimsə izah etsin ki, öz görüntüləri və boş sözləri ilə dinc aksiya iştirakçıları üçün hazır provokasiyalardır. Onların bircə ictimai asayişin müdafiəsi ilə məşğul olmaları çatmırdı", - o qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?