İşğalçı Ermənistanın “Mənim addımım” xeyriyyə təşkilatı Azərbaycan Respublikasının Xankəndi şəhərindəki “qaçqın” hesab edilən ermənilər üçün pulsuz yeməkxana açdırıb.
Separatçı nəşrlərin yaydığı məlumata görə, yeməkxana bilavasitə sözügedən xeyriyyə təşkilatının rəhbəri, qəsbkar ölkə baş nazirinin arvadı Anna Akopyanın təşəbüsü ilə açılıb.
Artıq 5-ci gündür ki, fəaliyyət göstərən yeməkxanada hər gün 500 nəfər erməni iki dəfə - səhər və axşam pulsuz isti yemək yeyir. Yeməkxana Qarabağın hazırda Azərbaycanın nəzarətinə keçmiş ərazilərində on illərlə qanunsuz məskunlaşmış və indi “qaçqın” adlanan ermənilərə xidmət edir./moderator.az
Sorğu
Yeni dizaynımız necədir?