Ermənistanda ölkənin işgüzar elitasına və keçmiş rəhbərliyə qarşı korrupsiya əleyhinə mübarizə kampaniyası vədi ilə başlanan məxməri inqilaba ölkənin birinci xanımı Anna Akopyan “Ermənistan çamaşırxanası” kimi diz çökdürdü.
Ermənistan mətbuatının məlumatına görə, Azərbaycanla genişmiqyaslı müharibə və davam edən səfərbərlik nəzərə alınmaqla, erməni oliqarxları ölkədən təhlükəsiz çıxmaq üçün xeyli miqdarda pul ödəyiblər.
Əvvəlki hallarda olduğu kimi, pul Anna Akopyanın rəhbərlik etdiyi “Mənim Addımım” və “Gülüşlər Şəhəri” xeyriyyə fondları vasitəsilə İsveçrə və ofşor bank hesablarına köçürüldü.
Elita üçün bu təxliyyə əməliyyatının mərkəzində önəmli rolu Baş nazirin qaynı, Anna Akopyanın qardaşı və Ermənistan parlamentinin üzvü Hraçya Akopyan oynayıb.
Anna Akopyanın qardaşı yalnız pul köçürmələri üçün lazımi tədbirlərlə kifayətlənməyib, həm də maddi-texniki dəstəyi təmin edib.
Bildirilir ki, o, hətta şəxsi “Lear Jet” təyyarəsini hərbi vəziyyətə görə qapadılan Ermənistanın əsas beynəlxalq hava limanı olan Zvartnotsdan uçuşları təşkil üçün təqdim edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?