GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyanın müəyyən və qeyri-müəyyən qüvvələri

Rusiyanın müəyyən və qeyri-müəyyən qüvvələri

Tarix: 14-12-2020, 12:05 Bölmə :Dünya Baxış: 281
Rusiyanın müəyyən və qeyri-müəyyən qüvvələri


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni "xəritə" təqdim edilib. Bu, sülhməramlılıqdan daha çox, intriqaməramlılıqdır, həddini bilməməkdir.

Bizim suveren ərazilərimizdə qərar tutmuş Rusiya sülhməramlıları bir zəhmət, Rusiya ərazisindəymiş kimi əlini-qolunu sallayaraq gəzmə lüksündə bulunmasınlar. Yoxsa günaşırı bir "xəritə" cızma-qara etməklə özlərində üstün yetki olduğu zənninəmi qapılırlar? Dövlət rəhbərlərinin imzaladığı Bəyanatın mətn-mündəricəsindən, məna-məzmunundan və fəlsəfəsindən, ruhundan fərqli davranış yolverilməzdir. Biz sadəlövh deyilik, belə davranışların artıq təsadüf olmadığı Gün kimi aydındır, bunlar ən azı tendensiya - mənfi tendensiya xarakteri daşıyır və dərhal çəki-düzən tələb edir.

Açığını deyək, xəritələrlə manipulyasiya, başqa sözlə, sülhməramlılar tərəfindən yetki çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozmasının ifadəsidir. Belə pozuntu hər hansı dövrdə, hər hansı vasitəçiyə, sülhməramlıya başucalığı gətirməz, onu etibarsızlaşdırar. Sülhməramlı missiya nədir? - Onun vəzifə və funksiyaları beynəlxalq hüquq norma və prinsipləri ilə, bəlli Birgə Bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmağa borcludur - hüquqən də, mənəvi cəhətdən də, imici xatirinə də.

Bəlli olduğu kimi, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları bugünlərdə Ordumuzun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. O da bəllidir ki, Azərbaycan Respublikası bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edib. Ali Baş Komandanımız vətəndaşlarımıza qarşı hücumlara, qanunsuzluqlara on qat artıq cavab veriləcəyini deyib.

Dövlətimizin gördüyü müvafiq tədbirlər - keçirilmiş zəruri əməliyyatlar sonucunda hazırda Köhnə Tağlar və Çaylaqqalaya biz nəzarət edirik. Zatən adil olan, düzgün olan da budur: öz torpağımızdır. Əgər bizə qarşı yeni təxribat, pozuculuq halları baş verəcəksə, sərt cavabımız şərt olacaq.

Beləliklə, Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə gerçəkliyi əks etdirmir və ona qısa zaman içində zəruri düzəliş edilməli, bir daha belə yanlışa yol verilməməlidir. O yanlışın şüurlu, yaxud şüursuz edilməsindən asılı olmayaraq...



Rusiya tərəfi bilməmiş deyil ki, onun sülhməramlılarına düz-dünyada necə münasibət bəslənir. Bizim torpaqları növbəti yanlışlıq yaxud imic sınağı meydanına çevirmək gərək deyil. Bu heç kimə xeyir gətirməz.

Zatən Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi ictimaiyyətimiz tərəfindən heç də məhəbbətlə qarşılanmayıb. İctimaiyyətin tarixdən, özəlliklə yaxın tarixdən su içən çoxsaylı sualları, toplumumuzun bir xeyli rahatsızlıqları var. Baş verən yeni hallar isə Rusiya sülhməramlılarına müəyyən güvən limiti olanlarda da xəyal qırıqlığı yaradacaq, təbii.

Bu ilin iyulunda Tovuz istiqamətində dövlət sərhədində baş verən hadisələrdən sonra, eləcə də, 44 günlük müharibə dövründə Rusiyanın Ermənistanı ən müxtəlif marşrutlar üzrə intensiv şəkildə silahlandırdığını bütün aləm bilir. Bilirik ki, Ermənistan, döyüş sahəsindən uzaqdakı Gəncə, Bərdə şəhərlərimizi məhz Rusiyanın verdiyi (bağışladığı, satdığı) yeni silahlarla raket atəşinə tuturdu. Tuturdu ki, körpələr, qadınlar, qocalar, ümumən mülki əhali həlak olsun...

Rusiya böyük qonşudur, bunu dərk edirik, amma Rusiyada da dərk etməlidirlər ki, qədim mədəniyyətə, o cümlədən dövlətçilik mədəniyyətinə malik xalqın dövlətini balaca görmək, xor görmək lazım deyil. Əgər kimlərsə Rusiyanın Gürcüstan, Ukrayna, Moldova və başqa ölkələrdə gerçəkləşdirdiyi planları Azərbaycanda da təkrarlamaq sevdasındadırsa, bu sevdadan əl çəkməlidirlər. Alternativlərdən ən yaxşısı budur...

Bəlkə, müəyyən dairələr dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş möhtəşəm Qələbə Paradından əndişələnib? Rusiyanın Ermənistana hədiyyə etdiyi və Müzəffər Ordumuz tərəfindən hərbi qənimət kimi götürülmüş, yaxud sıradan çıxarılmış texnikaların nümayişimi həzm edilməz olub, əcaba?

Yoxsa böyük qonşuda elə siyasi-hərbi dairələr var ki, qardaş Türkiyənin Cümhur başqanı Rəcəb Tayyip Ərdoğanın Qələbə Paradında iştirakından, çıxışından qıcıq olub? Qıcıq olmaq lazım deyil, düzgün dəyərləndirmək lazımdır. Lazımdır ki, Rusiya Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, ümumən regiondakı fəaliyyətində Azərbaycan xalqının köklü maraqlarını nəzərə alsın. Əgər belə olarsa, özünə zəhmət verib, qeyri-siyasi məsələləri də siyasət malzəməsi yapmaq zəhmətinə qatlanmazdı. Örnəyi, Rusiyada anlamalıdırlar ki, (bəzi digər ölkələrə qarşı olduğu kimi) Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması ilə hansısa fövqəladə sonuçlara vara bilməyəcəklər. Rusiyada bazarların ilmüdam keyfiyyətli meyvə-tərəvəzlə təminatına görə bizim iş adamlarına minnətdar olmaq yerinə, olduqca bəsit, sanitar-epidemioloji tələblərlə pərdələnmiş süni əngəl mexanizmi düşünüblər. Yanlış ediblər.

Rusiyanın müəyyən və qeyri-müəyyən qüvvələri başa düşməlidir ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan çəkəcək. Yəni uhulətsiz, suhulətsiz yöntəmlərə çox baş vurmasınlar. Bir sözlə, bu məşum proses sonucda Rusiyanın Azərbaycandakı olan-qalan imicinə zərbə olacaq - özü də böyük zərbə. Buyursunlar, düşünsünlər...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bahçeli: “Təmas xətti boyu Rusiya və Türkiyə sülhməramlıları olacaq”

    Bahçeli: “Təmas xətti boyu Rusiya və Türkiyə ...

    11-11-2020, 13:35

  • 
  • İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları haqda danışdı

    İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları ...

    11-11-2020, 12:48

  • 
  • Ağdamda erməni hərbiçiləri ilə Rusiya sülhməramlıları arasında şiddətli atışma – Son dəqiqə

    Ağdamda erməni hərbiçiləri ilə Rusiya ...

    16-11-2020, 13:56

  • 
  • Rusiya Donbasa ordu yeridir - Ukrayna

    Rusiya Donbasa ordu yeridir - Ukrayna ...

    12-11-2017, 13:52

  • 
  • Belarus prezidenti: “Biz Rusiya üçün uşaq deyilik”

    Belarus prezidenti: “Biz Rusiya üçün uşaq deyilik” ...

    22-04-2016, 00:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (82)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu