Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyanın uşağı olmadığını deyib.
Prezident bununla belə, Rusiya ilə əlaqələrini saxlamaqda maraqlı olduqlarını deyib.
“Belarus Rusiyanın əlinin altındakı uşaq olmaq fikrində deyil və rusiyalılar, xüsusən Rusiya rəhbərliyi bunu anlamalıdır. Biz sizinlə eyni evdə yaşayan, amma ayrıca mənzili olan müstəqil, suveren dövlətik. Balaca olsa da, bu bizim öz mənzilimizdir. Yeri gəlmişkən, bunu Rusiya prezidenti özü də demişdi”.
Lukaşenko ruslarla belarusların qardaş olduğunu da xatırladıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?