Ermənistanda Baş nazir postuna namizədliyi irəli sürülən Vazgen Manukyan hazırki hökumət başçısı Nikol Paşinyanı ölkəni ikinci dəfə təslimçiliyə sürükləməkdə ittiham edib.
GundemXeber.Az xəbər verir ki, Vazgen Manukyan Paşinyanın Türkiyə ilə yaxınlaşmaq barədə fikirlərini məhz növbəti kapitulyasiya aktı kimi qiymətləndirib.
Manukyana görə, hazırda “xarici qüvvələr” Ermənistanda Rusiyanın təsirini azaltmaq üçün fəaliyyət göstərirlər. Onun fikrincə, son günlər Rusiya hərbi bazasının ölkədən çıxarılması və Türkiyə ilə münasibətlərin normallaşdırılması barədə deyilənlər bundan qaynaqlanır.
“Bunların Türk agentləri olduğunu düşünmək hüququm var. Hələ də sərhədlərdə atışma olduğu bir vaxtda Türkiyə ilə diplomatik əlaqələr qurmalı olduğumuzu söyləmək tamamilə anlaşılmazdır. Bağça uşağı da bilir ki, müharibə zamanı barışıq elan edilməsi təslimçilik hesab edilir. İndi Türkiyə barədə deyilənlər ikinci təslimçilik kimi qiymətləndirilə bilər. Bu insanlar bizi ikinci kapitulyasiyaya sürükləyirlər”, - deyə Manukyan bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?