ABŞ-da çərşənbə günü yeni növ koronavirusa yoluxmanın nəticələri ilə bağlı üç antirekord qeydə alınıb. Belə ki, gün ərzində 3,5 mindən çox ölüm, 240 mindən çox yeni yoluxma halı qeydə alınıb, habelə 113 069 nəfər xəstəxanaya yerləşdirilib.
GundemXeber,Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.
Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin hesablamalarına görə, pandemiya başlayandan bəri ABŞ-da ümumilikdə 16 964 180 nəfər koronavirusa yoluxub, onlardan 307 340-ı ölüb.
Bu göstəricilərin hər ikisinə görə ölkə dünyada birinci yerdədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?