İndoneziyanın paytaxtı Cakartada yerləşən bu fahişəxanadan dünyanınn başqa ölkəsində yoxdur. Çünki bu fahişəxananın ortasından qatar keçir. Dəmiryolunun kənarında yerləşən, kiçik və yastı-yapalaq daxmalar şəklində olan nəhəng fahişəxanada 200 qadın bədənini satır.
İndoneziyada qanuni olaraq fahişəlik qadağandır. Fahişəlik əxlaqa zidd hərəkət sayılır. Ancaq bu məkana göz yumurlar. Vaxtaşırı polis burda reydlər keçirir, simvolik olaraq cərimələr də olur... Məhz bu məkana görə İndoneziya seks turizmini sevənlərin diqqətini cəlb edir. Bir neçə dollar xərcləyərək gənc qız bədənlərinə sahib olmaq burda çox asandır. UNİSEF-in hesabatına görə, İndoneziyada fahişələrin 30 faizinin yaşı 18-dən aşağıdır...
İndoneziya HİV virusunun ən sürətlə yayıldığı ölkələrdən biridir.
1981-ci ildə şəhər bələdiyyəsi İndoneziya paytaxtının beynəlxalq imicinin qayğısına qalmaq məqsədi ilə şəhər mərkəzində fahişəxanaların yığışdırılmasına, onların heç olmasa şəhər kənarlarına köçürülməsinə başlamışdı. Pulu bu işdən qazanan qadınlar hətta parlament binasının önündə aksiya da keçirmişdilər. Onların Syuzi adlı lideri meqafon vasitəsilə bəyanatlarını oxuyurdu: “Minlərlə insan on minlərlə ağızı doyurmalıdır, hansı ki, indi ölüm aclığı təhlükəsi ilə üzləşiblər...” Əslində o, mövcud sosial durumu dəqiq ifadə etmişdi. Yüzlərlə qadın özünü və ailəsini bu yolla dolandırırdı...
Onu da xatırladaq ki, İndoneziya dünyada ən çox müsəlmanın yaşadığı ölkədir.
Ailem.az Cakartanın Keramat-Tunqal adlanan məhəlləsində yerləşən bu fahişəxanadan fotoqraf Ed Vreyin çəkdiyi fotoları təqdim edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?