GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinlə Köçəryanın 1 saatlıq telefon danışığı - kim kimə nə deyib...

Putinlə Köçəryanın 1 saatlıq telefon danışığı - kim kimə nə deyib...

Tarix: 30-12-2020, 12:46 Bölmə :Dünya Baxış: 536
Putinlə Köçəryanın 1 saatlıq telefon danışığı - kim kimə nə deyib...


Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Köçəryana zəng edib. Telefon danışığı Rusiya liderinin təşəbbüsü ilə baş tutub. Kremlin sahibi və Ermənistanın 2-ci prezidenti düşmən ölkədə baş verən son hadisələri müzakirə ediblər.

Putinin bu telefon zəngi çoxsaylı suallara yol açıb. Putinin Köçəryanla nəyi müzakirə edə biləcəyi ciddi müzakirələr doğurub. Bu, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinə növbəti zərbə kimi izah edilir. Nikolun devirdiyi “Qarabağ klanı”nın revanş etmək üçün hərəkətə keçdiyini düşünənlər də var. Doğrudur, bu klanın liderləri sayılan sabiq prezidentlər Sərkisyan-Köçəryan cütlüyünün II Qarabağ savaşında rüsvayçı məğlubiyyət almasına baxmayaraq, Paşinyan iqtidarını devirmək şansları elə də böyük dəyərləndirilmir. Belə olan halda, Putinin Köçəryana nə üçün zəng etdiyi müzakirələrə səbəb olmaya bilməzdi. Bütün bu və ya digər baş verənlərdən çıxış edərək günlər öncə Paşinyanın erkən parlament seçkiləri keçirilməsi mövzusunda siyasi qüvvələrlə məsləhətləşmələr aparmağa hazır olduğunu bəyan etməsi və artıq bu görüşlərə start verməsinin də təsadüfi olmadığı vurğulanır. Eyni zamanda, “Qarabağ klanı”nın hakimiyyətə gəlmə şansları gözardı da edilmir.

Politoloq Elçin Mirzəbəylinin ehtimalları belədir: “İndiki şəraitdə Rusiya prezidenti Vladimir Putinlə Robert Köçəryanın telefon danışığı Ermənistandakı daxili proseslərdən daha çox etnik ermənilərin yaşadığı Azərbaycan əraziləri ilə bağlı ola bilər. Çox güman ki, mövzu ”Qarabağ klanı"nın postmüharibə dövründəki mövqeyi ilə əlaqədardır. Çünki klanın Ermənistanda yenidən hakimiyyətə yiyələnməsi indiki şəraitdə inandırıcı görünmür. Ermənistandakı etirazlara baxmayaraq, revanşist qüvvələrə ciddi ictimai dəstək nəzərə çarpmır və Ermənistan vətəndaşları yaşadığı problemlərin əsas səbəbkarı kimi “Qarabağ klanı”nın nümayəndələrini görürlər. Digər tərəfdən, Köçəryan, Sərkisyan, yaxud klanın digər hansısa bir nümayəndəsinin Ermənistanda yenidən hakimiyyətə yiyələnməsi postmüharibə dövründə həyata keçirilməsi nəzərdə tutulan bütün prosesləri şübhə altına qoya bilər. Azərbaycan rəsmiləri heç bir halda Köçəryan-Sərkisyan cütlüyünün birbaşa və ya dolayısıyla iştirak etdiyi heç bir prosesə qatılmayacaqlar. Ermənistanda müharibə cinayətkarlarının hakimiyyətə yiyələnməsi yeni və daha genişmiqyaslı hərbi əməliyyatlara yol aça bilər ki, bu region dövlətlərinin, o cümlədən Rusiyanın maraqlarına uyğun deyil.

Ümid edirəm ki, Rusiya prezidenti bu reallıqları (keçmiş) Mərkəzi Kəşfiyyat İdarəsinin (QRU) agentinin diqqətinə çatdırıb və revanşizmin hansı acınacaqlı nəticələrə gətirib çıxaracağını ona başa salıb. Ermənistanda, indiki şəraitdə hərbi çevrilişə cəhd göstərilməsi vətəndaş qarşıdurmasına yol aça bilər. Çünki Ermənistan ordusunun və təhlükəsizlik qüvvələrinin bir hissəsi məğlubiyyət sindromundan ayılmasalar belə, yeni müharibənin başlanmasını arzulamırlar. Həmçinin Paşinyanın orduya gətirdiyi şəxslərin bir hissəsi Qarabağ savaşının qaynar nöqtələrində olmayıblar. Düşünürəm ki, bu məqamın özü də ciddi araşdırma və təhlil mövzusu ola bilər. Paşinyanın erkən seçimə getmək niyyətinin əsas səbəblərindən biri müharibədən sonrakı reallığı Ermənistan daxilində legitimləşdirilməsi ilə bağlıdır. Revanşist qüvvələrə ictimai dəstəyin olmaması, həmçinin Qərb institutlarının sorğularının nəticələri ölkə vətəndaşlarının qarşıdakı mərhələdə Paşinyanla, yaxud “Qarabağ klanı”na aid olmayan başqa biri ilə yola davam etmək niyyətini ortaya qoyur. Prosesdə sabiq prezident Levon Ter-Petrosyanın önə çıxması ehtimalı da var".

Siyasi şərhçi Əhəd Məmmədli də Paşinyanı Kremlin devirmək fikrində olmadığını düşünür: “Putinin də söylədiyi kimi Köçəryan onun dostudur. Xocalı qətliamının memarı rus prezidentin dostudur. İki ”dost" çox şeydən danışa bilər. Təbii ki, əsas mövzuları Ermənistan, Qarabağ olacaqdır. Məsələ məhz Köçəryanla-Sərkisyanın hakimiyyətə qayıtmasından getmir. Söhbət İrəvanda Rusiyanı qane edən iqtidarın olmasından gedir. Rusyönümlü iqtidar indi də İrəvanda var. Ermənistanın Azərbaycana məğlubiyyətindən sonra Paşinyan tam olaraq Putinin qucağında oturub, Kreml nə istəyir, Nikol da onu edir, niyə onu dəyişsinlər ki? Düşünürəm ki, əksinə, Putin Köçəryana tapşırıb ki, bu ərəfələrdə sakit dursun. Həmçinin Putin də bilir ki, Ermənistanda Köçəryan-Sərkisyan “Qarabağ klanı”na nifrət edirlər və onlar əksinə, məsələlərə ziyan verərlər. Ona görə də onlara sakit oturmaq tapşırığı verilib. 44 günlük müharibədə “Qarabağ qəhrəmanlarını” görmədik. Deşiklərinə elə girmişdilər ki, çıxmaq bilmirdilər. Köçəryanı da eynən guya korona tutmuşdu. Müharibədən sonra da “Qarabağ klanı” Paşinyana qarşı mitinqlərdə elə də aktiv iştirak etmədi. Çünki Moskvadan onların stop düymələri basılmışdı. Çevriliş etməyin mənası da qalmır. Çünki Paşinyan erkən seçkilər elan edib. Seçkilərdə Moskvaya uyğun qüvvələrin hakimiyyətdə qalması və ya iqtidara gəlməsi müzakirə edilib və bu məsələdə Köçəryan Putindən tapşırıqlar alıb. Kreml tərəfindən Köçəryana Paşinyanı, Tsarukyanı və ya başqa rusyönümlü qüvvələri dəstəkləmək əmri verilə bilər. Müxtəlif rusyönümlü qüvvələrdən koalisiya da qurula bilər. Əsas məqsəd qərbyönümlü qüvvələri yenidən İrəvanda hakimiyyətə buraxmamaqdır. Ermənilər ruslara nifrət edirlər. Çünki Azərbaycanla müharibədə Rusiyanın onları satdığını hesab edirlər və ona görə də Moskva Ermənistanda qərbyönümlü qüvvələrin revanşından ehtiyatlanır. Düzdür, bu, indiki şərtlərlə az ehtimal olunsa da, yenə də Rusiya işini ehtiyatlı tutur. Yuxarıda qeyd etdiyim mövzular ətrafında Putin-Köçəryan müzakirələri gözlənilir"./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Paşinyana nə dedi... -Kremlin məlumatı (YENİLƏNİB)

    Putin Paşinyana nə dedi... -Kremlin məlumatı ...

    1-04-2019, 18:35

  • 
  • Prezidentlərin telefon danışığı ilə bağlı rəsmi məlumat

    Prezidentlərin telefon danışığı ilə bağlı rəsmi ...

    3-07-2013, 22:39

  • 
  • Paşinyan Kremllə “bazarlığ”a oturacaq? - TƏHLİL

    Paşinyan Kremllə “bazarlığ”a oturacaq? - TƏHLİL ...

    4-09-2019, 11:50

  • 
  • Paşinyan Köçəryana cavab verdi: “Burda küçə davası getmir, biz siyasi meyitlərlə mübarizə aparırıq”

    Paşinyan Köçəryana cavab verdi: “Burda küçə ...

    17-09-2018, 12:13

  • 
  • Putinlə İlham Əliyev arasında telefon danışığı

    Putinlə İlham Əliyev arasında telefon danışığı ...

    4-11-2015, 15:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu