Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 566 mindən çox artıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 566 186 nəfər yeni koronavirusa yoluxub, 9 371 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 89 707 115, ölənlərin isə 1 940 352 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?