Bu barədə Yohannesburqda “One Young World” gənclik forumunda bildirilib İrland pank-qrupu “The Boomtown Rats”ın keçmiş frontmeni, “Divar” filmində baş rolu oynamış Bob Qeldof dünyanın sonu barədə məlumat verib. ANS PRESS “The Telegraph”a istinadən bildirir ki, Qeldof bu barədə Yohannesburqda “One Young World” gənclik forumunda bildirib.
"Ağılsızlıq tutmalarından dünya intihar edə bilər. Elə hadisələr baş verəcək ki, kütləvi qırğına səbəb olacaq. Bu, sizin həyatınızda baş verəcək. Əlamətlər var ki, bunlar baş verəcək, özü də tezliklə",- deyə musiqiçi bildirib.
"Biz 2030-cu ilə kimi də sağ qalmaya bilərik. İqlim dəyişməsi məsələsini təcili həll etmək lazımdır", - deyə Qeldof vurğulayıb. Onun fikrincə, bu problemin həlli "daha az irland, daha az Kamerun, daha az Çin, daha az Rusiya məsələsidir. Daha çox insanidir". Səhnədən gedən zaman musiqiçi dinləyicilərə bildirib ki, “bu məsələni ləngitmək olmaz”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?