ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culiani impiçment iddiası üzrə müvəkkilinin maraqlarını müdafiə etməkdən imtina edib. Bu barədə vəkil özü “ABC News”-a danışıb.
Vəkil yanvarın 6-da Tramp tərəfdarlarının mitinqində nitq söylədiyi üçün qərarını dəyişdiyini bildirib. Məhz bu mitinqdən sonra iğtişaşlar başlayıb. "Mən şahid statusundayam. Bu səbəbdən məhkəmədə və Senatda keçirilən dinləmələrdə iştirak edə bilmərəm", -deyə R.Culiani qeyd edib.
Bir müddət əvvəl R.Culiani impiçment işində dövlətin müdafiə komandasının bir hissəsi olduğunu açıqlamışdı. O, qeyd etmişdi ki, Trump hər dəfə seçki saxtakarlığından danışanda prezidenti öz tərəfdarlarını şiddətə təhrik etməkdə günahlandırırlar. Lakin bu yalandır.
Xatırladaq ki, yanvarın 14-də ABŞ Nümayəndələr Palatası Vaşinqtonda baş verən iğtişaşlardan sonra hazırkı Prezident Donald Trampın impiçmentinə səs verib. Yeddi saatdan çox davam edən müzakirələrdə 232 qanunverici, üsyana təhrik etdiyi üçün Trampın impiçmentinin lehinə çıxış edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?