ABŞ Dövlət Katibi Mayk Pompeo Nümayəndələr Palatasındakı Demokratları Dövlət Departamentinin əməkdaşlarını qısnamaqda ittiham edib. O, bu ittihamı bəzi agentlik əməkdaşlarının Prezident Donald Trampın Ukrayna prezidenti ilə telefon söhbəti haqda ifadə verməyə çağrılmasından sonra irəli sürüb.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə ünvanladığı məktubda Pompeo Demokratları əməkdaşlara hədə-qorxu gəlməkdə və intimidasiya etməkdə günahlandırıb və ifadə alınması prosedurunu qeyri-münasib hesab edib.
Nümayəndələr Palatasının üç komitəsində 5 sabiq və hazırkı Dövlət Departamenti əməkdaşları ifadə verəcəklər. Növbəti iki həftə ərzində Nümayəndələr Palatasının üç komitəsində 5 sabiq və hazırkı Dövlət Departamenti əməkdaşları ifadə verməlidirlər.
Diqqət mərkəzində iyulun 25-də Prezident Donald Trampın Ukraynanın yenicə seçilmiş prezidenti Volodimir Zelenski ilə telefon söhbətidir. Həmin telefon söhbətində Trampın siyasi opponenti Co Bayden barədə araşdırma aparılmasına çağırışı barədə iddialar Demokratların impiçment sorğusuna təkan verib.
İnformatorun sənədləşdirdiyi şikayətə əsasən Prezident Tramp gələn il seçkilərində potensial rəqibi ola biləcək sabiq vitse-prezident Co Bayden və onun oğlu Hanter barədə kompromat məlumatları üzə çıxarmaq üçün Ukrayna liderindən yardım istəyib.
Nümayəndələr Palatasının Demokrat çoxluğu isə bu arada Trampla bağlı impiçment sorğusunu davam etdirmək əzmindədir.
Onlar bu məqsədlə Trampın şəxsi vəkili Rudi Culiani və Dövlət Katibi Mayk Pompeodan bəzi sənədləri tələb ediblər.
İfadə verməyə çağrılmış ABŞ rəsmiləri ABŞ-Ukrayna münasibətləri üzrə ixtisaslaşan rəsmilərdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?