GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rus sülhməramlılarının davranışlarından narazılıq artır - ekspertlərdən açıqlamalar

Rus sülhməramlılarının davranışlarından narazılıq artır - ekspertlərdən açıqlamalar

Tarix: 3-02-2021, 11:00 Bölmə :Dünya Baxış: 288
Rus sülhməramlılarının davranışlarından narazılıq artır - ekspertlərdən açıqlamalar


“Hakimiyyət də məntiqlə rusların bu hərəkətlərindən razı qalmalı deyil, amma hələlik dözür”

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti, daha dəqiq desək, mandatlarından kənar bəzi davranışları Azərbaycan ictimaiyyətində qıcıq və narahatlıq doğurur. Ötən həftəsonu Azərbaycanın yük maşınlarını rus hərbçilər Suqovuşandan Kəlbəcərə buraxmırdı. Rus sülhməramlılar Ağdərədən Kəlbəcərə getmək üçün Azərbaycan maşınlarına rus nömrəsi taxılması və Azərbaycanın dövlət bayrağının maşınların üzərindən yığışdırılması şərtini irəli sürüblər. Hər gün bu tipli narahatedici xəbərlər gəlməkdədir. Hətta Vladimir Putinin dostu İlham Rəhimovun müsahibəsində də sülhməramlıların Qarabağdakı davranışlarından narahatlıq ifadə olunub.
Siyasi mövqelərinə, baxışlarına görə fərqli cinahlarda dayanan siyasətçilərin, siyasi analitiklərin də rus sülhməramlılarının Qarabağda olmasından, xüsusilə də fəaliyyətindən narahat və narazı olduqları müşahidə edilir.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, rus sülhməramlılarının təkbaşına qərar qəbul etməsi, ermənilərin əsassız iddialarını dərhal rədd etməməsi, üçtərəfli razılaşmadan kənara çıxması, səlahiyyətlərinə uyğun işlərlə məşğul olmamaları onlardan narazılığı haqlı olaraq artırır: “Azərbaycan hakimiyyəti də məntiqlə rusların bu hərəkətlərindən razı qalmalı deyil, amma hələlik dözür, hadisələrin gedişini izləyir. Məncə, proseslərin çərçivəsi Azərbaycan və Türkiyə tərəfindən cızılıb, ona görə də bu cizgilər daxilində hələlik Rusiyanın hərəkətlərinə dözümlə yanaşılır”.

Siyasi analitik Şahin Cəfərli isə bildirib ki, narahat olmaq üçün əsaslar var: “İlham Rəhimovun maraqlı müsahibəsi var. Bildirir ki, Qarabağdakı Rusiya sülhməramlıları Azərbaycanın ən böyük problemidir və nə qədər ki, Putin hakimiyyətdədir, biz bu problemi həll etməliyik, Rusiyadakı hakimiyyət dəyişikliyindən sonra çox çətin olacaq. O, sülhməramlıların ya vaxtından əvvəl, ya da 4,5 il sonra Azərbaycandan çıxarılmasının zəruri olduğunu vurğulayır. İlham müəllim ”nələrsə bilirəm ki, belə deyirəm", - sözlərini də əlavə etməyə ehtiyac duyaraq Rusiya sülhməramlılarından qaynaqlanan potensial təhlükələrə işarə vurub.
İlham Rəhimovun kim olduğunu yəqin ki, bilirsiniz. Bu səbəbdən onun fikirlərinə əhəmiyyət vermək lazımdır.
Müsahibədən belə anlaşılır ki, İlham Rəhimov bizim 10 noyabr 2020-ci ildən bəri ifadə etdiyimiz narahatlıqları, xəbərdarlıqları nəinki bölüşür, hətta o, bizdən daha çox narahatdır. Bizim narahatlığımız Rusiyanın “sülhməramlı” fəaliyyət təcrübəsi və ümumən onun regional maraqları ilə əlaqəli biliklərə əsaslanırsa, yəni empirik xarakterlidirsə, İlham Rəhimovun narahatlığı həm də, özünün dediyi kimi, bu günə aid real, gizli informasiyalara əsaslanır".

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazdə isə bildirdi ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda nüfuz dairəsində fəaliyyəti məhz 10 noyabrda imzalanan üçtərəfli bəyannamədə təsbit edilən bir neçə bəndə uyğun həyata keçirilir. Onların hazırkı fəaliyyəti öz hüdudlarından çıxaraq burada separatimizi, silahlı erməni birləşmələrini müdafiəyə keçir: “Onların sülhməramlı fəaliyyətindən kənar missiyası artıq rəsmi Bakı və Ankaranın da təpkisinə yol açıb. Sülhməramlı qüvvələr çalışır ki, azərbaycanlılar Xankəndi, Ağdərə, Xocavəndə qayıtmasın. Ona görə də buradan bəyannamənin 4-cü bəndinə əməl etməyərək erməni silahlı birləşmələrini çıxarmır. Rusiya burada yalnız öz geosiyasi maraqlarını güdməklə, məhz sülh və təhlükəsizliyin iki icma arasında yaranmasına çalışmayacaq. Vəziyyəti gərginləşdirəcək və ermənilərin Azərbaycana qarşı düşmənçilyinin davam etməsinə çalışacaq. Suqovuşandan keçərək Ağdərə yolu ilə Kəlbəcərə yük aparan maşınlarımıza son günlər maneələr yaradılması isə artıq əndazənin aşılmasıdır. Azərbaycanın ərazisində Azərbaycan maşınlarının, Azərbaycan bayrağı ilə hərəkət etməsinin qarşısını almaq sülhməramlı missiya deyil, separatçı ermənilərin istəklərini yerinə yetirməkdir. Sülhməramlıların öz missiyalarından kənara çıxmalarının qarşısı təcili alınmasa, sabah daha ciddi problemlərlə üz-üzə qalacağımız qaçılmazdır. İstisna deyil ki, bu gün Ağdərədə qarşısı kəsilən yük maşınlarımız sabah silahlı ermənilərin hücumuna məruz qalsın. Çünki rus sülhməramlıların davranışları silahlı erməni quldurlarını buna təxribatlara həvəsləndirir. Artıq get-gedə hər kəs özü üçün dəqiqləşdirib ki, Rusiya sülhməramlılarının Qarabağda olması zərərlidir və gələcək üçün təhlükədir. Hörmətli professor İlham Rəhimov kimi məlumatlı, bilikli adam da narahatlığını ifadə edibsə, artıq hər şey aydındır. Ona görə də biz sülhməramlı qüvvələrin çıxarılmasını tələb etməliyik”.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı isə bildirdi ki, bu məsələyə bir qədər kompleks yanaşmaq lazımdır. Rusiya sülhməramlılarının öz təyinatlarından kənara çıxmaları bütün detalları ilə fiksasiya edilməli və onların Azərbaycanın qanunlarına zidd hərəkətləri qeydə alınmalıdır: “Bu onun üçün lazımdır ki, sabah biz onların bu bölgədən çıxarılması ilə bağlı məsələ qaldıranda əlimizdə faktlar olsun. Bu aylar içərisində sülhməramlıların ermənilərin yanında olduqları faktları ortadadır. Bu gün onların çıxarılması ilə bağlı tələblər irəli sürmək hələ nəticə verməz. Amma onların hər şeyə burunlarını soxmasına da imkan vermək olmaz. Azərbaycan dövlətinin bu bölgədə suveren hüquqlarının bərpası üçün onlardan bəzi şeyləri yerinə yetirmələrini tələb etmək olar. Onların ermənilərin xeyrinə buradakı fəaliyyətini önəmli ölçüdə azaltmaq üçün bölgədə Türkiyə ordusunun olması şərtdir. Buna çalışılmalıdır”./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib

    Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı ...

    27-11-2020, 16:53

  • 
  • Rusiya XİN-dən Qarabağda sülhməramlılarının sayının artırılması məsələsi ilə bağlı AÇIQLAMA

    Rusiya XİN-dən Qarabağda sülhməramlılarının ...

    18-11-2020, 17:31

  • 
  • Azərbaycan Prezidenti Rusiya sülhməramlılarının fəaliyyətindən danışdı

    Azərbaycan Prezidenti Rusiya sülhməramlılarının ...

    12-12-2020, 20:03

  • 
  • Peskovdan Qarabağda Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi ilə bağlı AÇIQLAMA

    Peskovdan Qarabağda Türkiyə sülhməramlılarının ...

    12-11-2020, 15:32

  • 
  • “TÜRKİYƏ TƏCİLİ MÜDAXİLƏ ETMƏLİDİR” – “Ya Rusiya bunu etməlidir, ya da Azərbaycan ordusu...”

    “TÜRKİYƏ TƏCİLİ MÜDAXİLƏ ETMƏLİDİR” – “Ya Rusiya ...

    15-12-2020, 14:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu