GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “TÜRKİYƏ TƏCİLİ MÜDAXİLƏ ETMƏLİDİR” – “Ya Rusiya bunu etməlidir, ya da Azərbaycan ordusu...”

“TÜRKİYƏ TƏCİLİ MÜDAXİLƏ ETMƏLİDİR” – “Ya Rusiya bunu etməlidir, ya da Azərbaycan ordusu...”

Tarix: 15-12-2020, 14:46 Bölmə :Siyasət Baxış: 338
“TÜRKİYƏ TƏCİLİ MÜDAXİLƏ ETMƏLİDİR” – “Ya Rusiya bunu etməlidir, ya da Azərbaycan ordusu...”


Rusiya sülhməramlılarının 10 noyabrda imzalanmış üçtərəfli razılaşmadan kənar fəaliyyəti Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurur. Dünən məlum olub ki, onların Qarabağda nəzarət etdiyi ərazilərin xəritəsində yenidən dəyişiklik olub və genişləndirilib.

Rusiya Müdafiə Nazirliyinin dekabrın 13-də dərc etdiyi xəritəyə Xocavənd rayonunun iki kəndi - Çaylaqqala, Köhnə Tağlar və o kəndlərə aparan yollar daxil edilib. Bir gün əvvəl həmin ərazilərə Azərbaycan Ordusu nəzarət edirdi. Rəsmi məlumata görə, ətrafdakı meşəlikdə gizlənərək təxribatlar törədən terrorçu qruplar zərərsizləşdirilib, bu zaman Ordumuzun 3 hərbi qulluqçusu şəhid olub, 2 nəfər yaralanıb.

Bu hadisədən əvvəl də Rusiyanın Dağlıq Qarabağdakı fəaliyyəti ciddi suallar doğurmuşdu. Azərbaycanın hərbi cinayətkar kimi axtardığı separatçılarla birbaşa təmaslar, onların sosial və humanitar problemlərinin həlli, Dağlıq Qarabağdakı erməni silahlılarının çıxarılmaması və s. 10 noyabr Bəyanatı ilə ziddiyət təşkil edir.

Dekabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfər Paradının Moskvanı məmnun etmədiyi aydın idi. Çünki Azərbaycan Rusiyanın strateji müttəfqini əzmişdi və bu parlaq zəfəri öz müttəfqi Türkiyə ilə bərabər bayram edirdi. Mərasimdə Ordumuzun qənimət götürdüyü, Rusiya Hərbi Sənaye Kompleksinin Ermənistana əvəzsiz verdiyi hərbi texnikanın nümayiş etdirilməsinin əlavə qıcıq yaratması şübhəsizdir.

Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı Azərbaycanın qarşısında ciddi vəzifələr dayanır. Nəyin bahasına olursa-olsun, bölgədə erməni separatizminin yenidən baş qaldırmasına imkan verilməməlidir.

Vəziyyəti "AzPolitika.info"-ya şərh edən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Rusiya və Ermənistan strateji müttəfiq və eyni gücdürlər. Onlar arasında imzalanmış müqavilələrə görə, müharibənin başlayacağı təqdirdə Ermənistan ordusuna rus generalları rəhbərlik etməlidirlər. Təkcə bu bənd hər şeyi çılpaqlığı ilə göstərir.

ADP sədrinin sözlərinə görə, 10 noyabrda imzalanmış üçtərəfli sənəd Rusiya prezidenti Vladimir Putin tərəfindən hazırlanmışdı: "Onun Azərbaycanda müzakirə olunmasına imkan verilmədi. Bu razılaşma və onun çərçivəsində Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsi beynəlxalq hüquqa ziddir. Çünki Ermənistanın strateji müttəfiqi bu funksiyanı yerinə yetirə bilməz".

Azərbaycanın atacağı addımlara gəlincə, S.Cəlaloğlu bildirdi ki, Bakı ilk növbədə Rusiyaya nota verməlidir: "Əvvəla, Rusiya sülhməramlıları orada mandatdan kənar fəaliyyətlə məşğul olur, nəzərdə tutulmayan ərazilərə girib, yaxud Moskvada Azərbaycanın suverenliyinə zidd olan xəritələr çap edirlər. Bu fəaliyyət dərhal dayandırılmalıdır.

İkincisi, Dağlıq Qarabağdan erməni ordusunun qalıqları və bütün silahlılar çıxarılmalıdır. Ya Rusiya bunu etməlidir, ya da Azərbaycan Silahlı Qüvvələri əməliyyat keçirib terrorçu qrupları məhv etməlidir. Bölgə tamamilə silahsızlaşdırılmalıdır. Təəssüf ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağın bütün ərazilərində suverenliyinin bərpa olunması istiqamətində heç bir addım atmır, əksinə, onu pozur. Prezident Putin bir tərəfdən Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deyir, digər tərəfdən suverenliyimizə qarşı hərəkətlərə rəvac verir. Ona görə də qısa müddətdə Rusiya Azərbaycanın tələblərini həyata keçirməzsə, Bakı sülhməramlıların bölgədən çıxarılmasını tələb etməlidir. Əks halda, 90-ci illərdə Volskinin (1989-cu il 12 yanvarda SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində yaradılmış Xüsusi İdarə Komitəsinin rəhbəri Arkadi Volski-red.) fəaliyyəti təkrarlanacaq və biz bundan çox böyük əziyyətlər çəkəcəyik".

Partiya sədri onu da qeyd etdi ki, Türkiyə də oturub Ağdamda Monitorinq Mərkəzinin binasının tikilməsini gözləməməlidir: "Təcili bölgəyə gəlib müvəqqəti bir yerdə məskunlaşıb sülhməramlıların razılaşmadan kənar fəaliyyətini nəzarətə götürməlidir".

Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya bildirib ki, noyabrın 10-da imzalanan üçtərəfli razılaşmada Rusiya sülhməramlılarının bölgəyə gəlişi məsələsi qoyulanda biz anlamalıydıq ki, qarşıda bizi çətin günlər gözləyir: "Bizim səhvimiz ondan ibarət oldu ki, Şuşa azad olunduqdan sonra Rusiya ilə yanaşı Türkiyə sülhməramlılarının da bölgəyə yerləşdirilməsi məsələsində dirənmədik. Dirənməliydik ki, Türkiyəszi bu işə biz imza atmayacağıq. Onların gəlişini təmin edək ki, ruslar boşuqlardan istifadə edib öz maraqlarını təmin etməsinlər".

Politoloq zaman baxımdan hələ də gec olmadığını düşünür: "Türkiyənin fəaliyyəti təkcə Ağdamda Monitorinq Mərkəzi ilə yekunlaşmamalıdır. Türkiyə ordusu Şuşada, Laçında, Kəlbəcərdə, Qarabağın içində olmalıdır ki, ruslar özbaşına hərəkət etməsinlər. Bilsinlər ki, qarşılarında real güc var. Bu olmayınca, ruslar bildiklərini edəcəklər. Xəritələr çap edəcəklər, separatçılarla daha da yaxın fəaliyyətdə olacaqlar və daha da irəli gedə bilərlər. Yada salaq ki, 80-ci illərin sonunda bölgədə erməni separatizmi baş qaldıranda onlar silahları sovet hərbi bazalarından əldə etmişdilər. Sanki yaxın tarix yenidən təkrar olunur, amma biz öz səhvlərimizdən nəticə çıxarmalıyıq".

E.Şahinoğlu hesab edir ki, biz bu məsələləri təcili Türkiyə ilə müzakirə etməliyik: "Yoxsa bu təxribatların sayı getdikcə artacaq. Bu fəaliyyətləri önləməyin yollarını düşünməli və hərəkətə keçməliyik".

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib

    Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı ...

    27-11-2020, 16:53

  • 
  • Rusiya helikopterləri Qarabağda sülhməramlı əməliyyatlarda istifadə ediləcək

    Rusiya helikopterləri Qarabağda sülhməramlı ...

    12-11-2020, 10:36

  • 
  • Türkiyə və Rusiya hərbçilərinin Qarabağdakı atəşkəsə nəzarətlə bağlı danışıqları başa çatıb

    Türkiyə və Rusiya hərbçilərinin Qarabağdakı ...

    14-11-2020, 16:05

  • 
  • Lavrovdan SƏRSƏM AÇIQLAMA - Rusiya Azərbaycanın Qarabağına qoşun yeritmək istəyir?

    Lavrovdan SƏRSƏM AÇIQLAMA - Rusiya Azərbaycanın ...

    14-10-2020, 14:30

  • 
  • Azərbaycanın qələbəsinin, Ermənistanın məğlubiyyətinin 1 ayı tamam oldu

    Azərbaycanın qələbəsinin, Ermənistanın ...

    10-12-2020, 11:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (157)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu