Amerikalıların ən azı 56 faizi Senatda ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı gedən prosesi, habelə Trampın gələcəkdə hər hansı bir dövlət vəzifəsində çalışmasına qadağa qoyulmasını dəstəkləyir.
Bu barədə “ABC News” nəşri “Ipsos” şirkətinin birgə keçirdiyi sorğu nəticəsində bəlli olub.
Belə ki, sorğu iştirakçılarının 56 faizi keçmiş prezidentin mühakimə edilməli və gələcəkdə dövlətdə vəzifə tutmaq imkanından məhrum edilməli olduğunu hesab edib. Respondentlərin 43 faizi isə Senatda davam edən prosesə mənfi yanaşıb. Sorğuda iştirak edən respublikaçıların 15 faizi Trampa qarşı qaldırılan ittihamları dəstəkləyib. Demokratlar arasında isə bu göstərici 92 faiz olub.
Sorğu
Yeni dizaynımız necədir?