Ermənistanda müharibə zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri Rusiyanın İrəvandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.
Gundemxeber.Az xəbər verir ki, aksiyaçılar itkin düşənlərin tapılması istiqamətində kömək göstərməsi üçün Rusiyaya xahiş müraciəti ünvanlayıblar. "Biz bütün dövlət qurumlarına müraciət etmişik. Səsimizə səs verən yoxdur. Heç kim bizə köməklik göstərmir. Nə vaxta kimi gözləyəcəyik? Qərar verdik ki, Rusiyaya müraciət edək", - deyə etirazçılardan biri bəyan edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?