Xəbər verdiyimiz kimi, Ermənistanın təhsil və elm nazirinin müavini Janna Andreasyan ölkəsində qəhrəmanlaşdırılan cani Qaregin Njdenin təbliğatının aparılmasını faşizm adlandırıb. Onun sensasion açıqlaması Ermənistanda ciddi müzakirələrə səbəb olub. Artıq iki gündür ki, mövzu ətrafında kəskin polemikalar davam edir. Maraqlıdır ki, faşizmi dəstəkləyən ermənilər Andreasyanı tənqid atəşinə tutsalar da, onu dəstəkləyənlər də var. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hakim “Mənim Adımım” fraksiyasından olan deputat Mariya Karapetyan sosial şəbəkə hesabında Njdeni faşist adlandıran nazir müavini Janna Andeasyana dəstək paylaşımı edib.
Deputatın paylaşımı erməniləri qəzəbləndirib
"Ermənilər şərhlərdə onun komandasının "soyqırımı macərasını" xatırladıblar. Qeyd ediblər ki, ən böyük soyğunçu xalqını, vətənini qarət edən Maria Karapetyanın siyasi komandası olub", -deyə erməni KİV-ləri yazıb.
Mariya Karapetyan isə Qaregin Njde adından istifadə edib nazir müavinini aşağılayan vətəndaşları qınadığını bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?