GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Serbiyanın NATO-dakı səfirinın intihar təfərrüatları

Serbiyanın NATO-dakı səfirinın intihar təfərrüatları

Tarix: 18-12-2012, 13:30 Bölmə :Dünya Baxış: 777
Serbiyanın NATO-dakı səfirinın intihar təfərrüatları

Hər bir hay-küylü intihar hadisəsindən sonra olduğu kimi bu intiharın da ardınca çoxlu suallar

gundemxeber.az Ötən həftə Serbiyanın NATO-dakı səfiri Branislav Milinkoviç torpağa tapşırıldı. Belqradda keçirilən dəfn mərasimində general Hüseyin Diriözün başçılığı ilə şimal alyansının rütbəli nümayəndələri də iştirak edirdilər. Bundan bir qədər əvvəl isə Brüsseldə Avro-Atlantik Tərəfdaşlıq Şurasının iclasında səriştəli və istedadlı diplomatın xatirəsi yad edildi. Bu iclasda heç kəs intiharın səbəbini sual etmirdi...
Brüssel polisi isə səfir Milinkoviçin ölümünü dərhal “intihar” kimi protokollaşdırmışdı. Brüssel hava limanında gizli kameralar hara baxırdı? Bununla belə, Serbiya mediasında bu ölümlə bağlı ən müxtəlif versiyalar müzakirə olunmaqda davam edir. Sosial şəbəkələrdə bəzi serblər sadə bir sual verirlər: “Görəsən, Brüssel hava limanının maşın parkında gizli kameralar olmayıbmı?” Bu sual təsadüfən doğmur. Çünki bir qayda olaraq Avropa paytaxtlarının, o ki, qaldı Avropanın paytaxtı olan Brüsseldə, ən çox kamera ilə “yüklənmiş” hissəsi onların aeroportları olur. Aeroportların özündə isə ən çox gizli kameraların olduğu yerlərdən biri, bəlkə də birincisi, maşın parklarıdır, o ki qaldı, diplomatik maşın parkı ola. Milinkoviçin ölümü ilə bağlı heç bir polis və media hesabatlarında gizli kameraların adı çəkilmir. Halbuki, polis ən azı rəsmi “intihar” versiyasının möhkəmkləndirilməsi üçün bu məlumatın açıqlanmasında maraqlı olmalı idi.

Kefi kök idi, zarafat edirdi...

Lakin bununla belə, Belçika polisi hadisənin şahidi olmuş serb nümayəndə heyətindən ifadələr alıb. Bu barədə Serbiya hökumıəti də rəsmi açıqlama verib. Həmin gün səfir Branislav Milinkoviç Brüssel hava limanında Serbiyanın xarici işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Zoran Vuyiçi və daha beş Serbiya diplomatını qarşılayırdı.
Bu nümayəndə heyəti NATO rəhbərliyi ilə danışıqlar üçün gəlmişdi. Nümayəndə heyətinin adlarının çəkilməsini istəməyən, lakin mərhumu yaxşı tanıyan üç diplomatının dediyinə görə, Milinkoviçin əhval-ruhiyyəsi yaxşı olub və o, hətta zarafat edirmiş. Lakin hava limanının diplomatik qarajında serblər maşınlara oturarkən, cənab Milinkoviç qəflətən onlardan ayrılıb və çoxmərtəbəli qarajın hasarına yaxınlaşaraq o tərəfə aşıb və özünü 10 metrlik hündürlükdən yerə atıb.Diplomatlar bildirirlər ki, onlar dərhal aşağı qaçsalar da, artıq gec imiş….

Milinkoviçin sağalmaz xəstə olduğu deyilir

Məsələnin belə qoyuluşu Serbiyada bir çoxları üçün əlavə suallar doğurur və Serbiya hökuməti bu kimi sualları cavablandırmağa çalışır. Məsələn, ötən cümə, yenə də adının çəkilməsini istəməyən hökumət rəsmisi “Reuters” agentliyinə bildirib ki, cənab Milinkoviçin ölümü, çox güman, onun öz səhhəti barədə aldığı pis xəbərdən qaynaqlanıb.
Milinkoviçin xanımı Sanya da, (yeri gəlmişkən, o da hökumət nümayəndəsidir və Serbiyanın Vyanadakı səfiridir) Belqraddakı bulvar qəzetlərindən birinə verdiyi müsahibədə bu versiyanı dəstəkləyib. O, deyib ki, ərinə qəfil və ağır xəstəlik diaqnozu qoyulub.
Xanım Milinkoviç xəstəliyin adını çəkməyib, lakin bildirib ki, bu xəstəlik insanı uzun müddət və ömrünün sonuna qədər yatağa sala bilərmiş.

Siyasi motivlər ola bilərdimi?

Bir sıra Britaniya qəzetləri, heç bir şübhə iddiası irəli sürmədən Branislav Milinkoviçin siyasi bioqrafiyasına müraciət edirlər. Xəbər verilir ki, o, Serbiyanın keçmiş millətçi lideri Solobodan Miloşeviçin ən böyük opponenti olub. Əksər qəzetlər vurğulayırlar ki, Milinkoviçin həyatdan könüllü getməsinə əsas verən əlamətlər olmayıb.
52 yaşlı diplomat 12 il müddətində, əvvəlcə ittifaq ölkəsi Serbiya və Çernoqoriyanın (qərbdə Monteneqro kimi tanınır), sonra isə Serbiyanın ATƏT və NATO-dakı səfiri kimi çalışıb. Branislav Milinkoviç öz karyerasına 1985-ci ildə “Beynəlxalq siyasət” jurnalının redaktoru kimi başlayıb və dörd kitab yazıb. Yuqoslaviya hələ parçalanmazdan əvvəl Milinkoviç analitik mərkəzlərdən birində çalışırmış. Lakin 1980-ci illərdə millətçi Miloşeviç hakimiyyəti ələ keçirəndə o, liberal müxalifətə qoşulub və keçmiş Yuqoslaviya millətlərinə qarşı Belqradın hərbi əməliyyatlarına qarşı çıxıb. 2000-ci ildə Slobadan Miloşeviç devrildikdən sonra, Branislav Milinkoviç ölkənin ATƏT-dəki səfiri təyin edilib. O, 2004-cü ildən Serbiyanın NATO-dakı xüsusi elçisi kimi çalışıb. Serbiya NATO alyansının üzvü olmasa da, onun tərəfdaşlıq proqramında iştirak edir və deyilənlərə görə bu, Milinkoviçin şəxsi təşəbbüsü əsasında mümkün olub.

Milinkoviç keçmiş separatçılarla mehriban olub

Lakin qəzetlər vurğulayırlar ki, Serbiyanın NATO ilə hər hansı əlaqələri hazırda hakimiyyətdə olan serb millətçilərini həddan artıq qıcıqlandırır. Serbiya hakimyyətindən fərqli olaraq, Milinkoviç ölkədən ayrılmış beş respublikanın - Bosniya, Xorvatiya, Makedoniya, Çernoqoriya və Sloveniyanın NATO-dakı elçiləri ilə yaxın münasibətlərdə olub.
Mətbuat xəbər verir ki, iki ay əvvəl Xorvatiyanın NATO-dakı nümayəndəsi Moskvaya keçiriləndə Milinkoviç onun şərəfinə dəbdəbəli ziyafət təşkil edib. Onu tanıyanlar bildirirlər ki, heç bir şəxsi problemi olmayıb.

Son zarafat

Rusiya mətbuatı qeyd edir ki, əgər ölüm hadisəsi baş verməsəydi, Milinkoviçin Serbiya xarici işlər nazirinin müavini Vuyiçlə birlikdə NATO rəhbərləri ilə müzakirə edəcəyi məsələlər Belqrad üçün heç bir həyati əhəmiyyət daşımırmış. Lakin bu görüşdə NATO və Belqrad Serbiya ilə Kosovo arasındakı sərhəddə yaranmış gərginlik məsələsini müzakirə etməli idi. Bu isə Serbiyanın millətçi hökuməti üçün, necə deyərlər, “qeyrət məsələsi”dir.
Beləliklə, hər bir hay-küylü intihar hadisəsindən sonra olduğu kimi bu intiharın da ardınca çoxlu suallar doğub. Bunların arasında çox “kiçik” suallar da var. Məsələn, görəsən, kefi kök olan, zarafat edən Milinkoviç, intihat etməzdən bir-neçə saniyə əvvəl həmvətənləri ilə nə barədə zarafat edirmiş?..

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Brüssel hava limanında terror aktını törədənlərin kimliyi məlum oldu

    Brüssel hava limanında terror aktını törədənlərin ...

    23-03-2016, 11:30

  • 
  • Brüssel hava limanında aşkarlanan üçüncü bomba zərərsizləşdirilib

    Brüssel hava limanında aşkarlanan üçüncü bomba ...

    22-03-2016, 23:33

  • 
  • Brüssel aeroportunda partlayış baş verən ərazidə bir Azərbaycan vətəndaşı olub

    Brüssel aeroportunda partlayış baş verən ərazidə ...

    22-03-2016, 15:12

  • 
  • Təyyarəyə gecikən qadın intihar etdi

    Təyyarəyə gecikən qadın intihar etdi ...

    18-10-2015, 22:42

  • 
  • Qubada 55 yaşlı kişi intihar etdi

    Qubada 55 yaşlı kişi intihar etdi ...

    30-10-2015, 12:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu