Dövlət borcunun yuxarı həddi və dövlət müəssisələrinin maliyyələşdirilməsi problemlərini həll edilməyib ABŞ prezidenti Barak Obamanın respublikaçı konqressmenlərlə görüşü dövlət borcunun yuxarı həddi və dövlət müəssisələrinin maliyyələşdirilməsi problemlərini həll etməyib. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Ağ Evin məlumatında deyilir: "Növbəti mümkün addımların müzakirəsindən sonra heç bir konkret qərar qəbul edilməyib. Prezident tərəflərin danışıqlarında irəliləyişin əldə olunmasına ümid edir. Onun məqsədi bizim öz öhdəliklərimizi yerinə yetirilməsini, dövlət müəssisələrinin işini bərpa edilməsini, iş yerlərinin yaradılmasını və iqtisadiyyatın inkişafına dair məsələlərə qayıtmasını, həmçinin orta təbəqənin möhkəmlənməsini təmin etməkdən ibarətdir." Respublikaçılar tərəfindən nəzarət olunan nümayəndələr palatası Obamanın ən mühüm təşəbbüslərindən biri olan səhiyyə islahatlarının həyata keçirilməsi və ya ləğvi barədə bənd olmadan büdcəni qəbul etməkdən imtina edib. Bu səbəbdən də yeni maliyyə ilinin əvvəlindən oktyabrın 1-də dövlət müəssisələrin maliyyələşdirilməsi dayanıb. Konqres həmçinin indi 16.7 trilyon dollar təşkil edən borclar limitini qaldırmayıb. Əgər o, oktyabrın 17-dək artırılmasa, ABŞ-ı defolt gözləyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?