“UNESCO bu dəfə vəfatının 700-cü ili olması səbəbindən 2021-ci ili Yunus Əmrəyə həsr etdi”.
Bunu “Bizim Yunus” ilinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı bu məsələdə ölkəsinə dəstək olan dövlətlərə təşəkkür etməyi unutmayıb: “Dəstəyə görə Azərbaycan, Makedoniya və Bosniya və Herseqovinanın UNESCO-dakı təmsilçilərinə təşəkkür edirəm. Yunus Əmrə və Türkçə ili çərçivəsində Prezident Administrasiyası himayəsində bir çox tədbirlər təşkil edəcəyik. Yunus Əmrənin ideyalarını dünyaya çatdırmağa çalışacağıq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?