Türk şirkətinə məxsus olan gəmidə zəhərlənmə faktı qeydə alınıb.
Hadisə Kerç boğazında olan “April” gəmisində baş verib. Hava şəraiti ilə əlaqədar gəminin limana yaxınlaşması mümkün olmayıb. Heyətin 5 üzvü səhhətindəki narahatlıq səbəbilə həkimə müraciət edib. Onlardan biri müdaxilələrə baxmayaraq, həyatını itirib. Hazirda qardaş ölkənin Moskvadakı səfirliyi üzləşilən problemlə əlaqədar Moskvanın aidiyyəti qurumları ilə əlaqə saxlayır.
Sorğu
Yeni dizaynımız necədir?