GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Statistika Komitəsindən heyrətamiz hesabat

Statistika Komitəsindən heyrətamiz hesabat

Tarix: 24-11-2013, 11:34 Bölmə :Maraqlı Baxış: 970
   Statistika Komitəsindən heyrətamiz hesabat
Hökumətin şişirtməsi rəsmi şəkildə təkzib olundu; əhalinin 52 faizi 300, 34 faizi isə 150 manata qədər qazanır, əhalinin cəmi 6 faizi normal dolana bilir; neft sektorunda çalışanların da gəlirləri azalmağa doğru gedir
Dövlət Statistika Komitəsi ölkə üzrə aylıq gəliri 1000 manat və daha çox olanlar barədə son məlumatları açıqlayıb. Hesabata görə, məşğul əhalinin yalnız 3,8 faizi ayda 1000 manat və daha çox qazanır. Göstəricilər 2012-ci ilin noyabr ayına olan vəziyyəti əks etdirir.

Son 1 ildə əhalinin gəlirləri üzrə təsnifatında müəyyən dəyişiklik olub. Ancaq rəsmi statistika dəyişikliyin nədən ibarət olmasını açıqlamır. Sadəcə 2012-ci ilin göstəricilərini ictimailəşdirib.

Rəsmi statistikaya görə, məşğul əhalinin cəmi 1,3 faizi ayda 1700 manatdan çox qazanır. İllik hesablamada onların çəkisi 0,3 faiz artıb. 1000 manat və daha çox alanlar 3,8 faizdir. Bu göstərici 2011-ci ilin noyabrı ilə müqayisədə 0,6 faiz çoxdur.
2012-ci ilin noyabrında Azərbaycanda muzdlu işçilərin sayı 1,4 milyon nəfərdir. Muzdlu işçilərin 1,7 faizi minimal maaş (93,5 manat) qədər qazanır. Son bir ildə işəgötürənlər onların maaşını cəmi 1 faiz artırıb. Muzdla işləyənlərin üçdə biri 2012-ci ilin noyabrında 94-150 manat alıb. Cari ildə də bu göstərici dəyişməyib. Məşğul əhalinin 52 faizi 300 manata qədər qazanır. Muzdlu işçilərin 24 faizi 301-700 manata qədər maaş alıb. Bu, göstərici də son 2 ildə dəyişməyib.

Rəsmi statistika da etiraf edir ki, ipoteka kreditlərindən yalnız məhdud bir qrup faydalana bilər. Statistika Komitəsinin məlumatına görə, işləyənlərin 6,3 faizi ipoteka ilə ev ala bilər. Bu təbəqənin gəliri 701-1700 manat arasında dəyişir. 2011-ci ildə bu göstərici 5,3 faiz idi.

Hasilat sənayesində çalışanların 30 faizi 500 manata qədər əməkhaqqı alır. Bu, bir il öncəki göstəricidən 3,1 faiz azdır. Bu sektorda işçilərin üçdə biri ayda 501-1000 manat maaş alır. 2011-ci ilin noyabrında hasilat şirkətlərində işçilərin 13,9 faizi 1700 manatdan çox alıb. Ötən ilin noyabrında bu göstərici 17,5 faiz idi. Deməli, neft sektorunda çalışanların da gəlirləri azalmağa doğru gedir.

Ölkənin maliyyə sektorunda çalışanların 47,3 faizinin gəlirləri 500 manata qədərdir. Personalın üçdə biri (34,4 faizi) ayda 501-1000 manat qazanır. Bank və sığorta şirkətlərinin rəhbər heyəti (10,5 faizi) ayda 1700 manatdan çox maaş alır.
2012-ci ilin noyabrında 150 manata qədər maaş alanlar hamıdan çox olub - 34,3 faiz. Kənd təsərrüfatı müəssisələrində bu göstərici 64,2, daşınmaz əmlak alqı-satqısı sektorunda 52,8, səhiyyə və sosial xidmətlərdə 59, istirahət, əyləncə və incəsənətdə 48,3, ticarət və avtotəmirdə 44,4 faiz olub.

Təhsil sektorunda çalışanların 4 faizi 2012-ci ilin noyabrında 93,5 manat alıb. Müəllimlərin 36,5 faizi 150 manat qazanıb. Müəllimlərin 52,5 faizini maaşı 500 manata qədər olub. Rəsmi olaraq 1000 manatdan çox alan müəllim yoxdur.

Rəsmi statistika ölkədə orta aylıq əmək haqqının 403 manat olduğunu bəyan edir. Ancaq məşğul əhalinin gəlirlərinin rəsmi təsnifatı bu göstəricini şübhə altına alır. Əgər məşğul əhalinin böyük əksəriyyətinin gəliri 300 manata yaxındırsa, onda ölkə üzrə orta əməkhaqqı necə 403 manat ola bilər? Orta aylıq əməkhaqqı anlayışının izahı budur ki, məşğul əhalinin əhəmiyyətli kəsimi məhz bu qədər qazana bilir. Deməli, hasilat sənayesində, bank sektorunda və yüksək dövlət qulluğunda çalışanların gəlirləri hesabına orta aylıq gəlirin şişirdilməsi versiyası rəsmən təsdiqlənir. Bu təbəqə isə məşğul əhalinin yalnız 6,3 faizini təşkil edir.

Dövlət Statistika Komitəsinin bu açıqlaması ölkədə təbəqələşmənin pik həddinə çatmasını da təsdiqlədi. Əhalinin yalnız 6,3 faizi gəlirləri ilə normal şəkildə dolana bilər (ipoteka kreditlərindən faydalana, bahalı səhiyyə və təhsil xidmətlərindən istifadə edə bilər), qalan zümrələr isə yalnız cari ehtiyaclarını ödəmək üçün mübarizə aparmağa məhkumdur. Əgər rəsmi statistikaya görə, əhalinin 52 faizi 300, 34 faizi isə 150 manata qədər qazanırsa, onda izafi şərhə ehtiyac qalmır. Təkcə onu qeyd etməklə kifayətlənək ki, 4 nəfərlik orta statistik ailənin normal yaşaması üçün ayda ən azı 800-900 manat lazımdır. Deməli, əhalinin 86 faizi ən yaxşı halda təsadüfü gəlirlərə ümid etməklə yaşamağa məhkumdur. Bu da “analoqu olmayan iqtisadi inkişaf” dövrünü yaşayan ölkənin rəsmi statistikasının acı etirafı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhalinin banklardakı əmanətlərinin həcmi - Statistika

    Əhalinin banklardakı əmanətlərinin həcmi - ...

    20-12-2014, 23:30

  • 
  • Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür

    Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür ...

    14-02-2014, 01:36

  • 
  • Azərbaycanda əhalinin sayı açıqlandı – RƏSMİ

    Azərbaycanda əhalinin sayı açıqlandı – RƏSMİ ...

    15-10-2015, 16:04

  • 
  • Ümumi daxili məhsulun- Statistikası

    Ümumi daxili məhsulun- Statistikası ...

    14-11-2013, 12:28

  • 
  • Rusiya əhalisinin 52 faizi mövcud hökuməti dəstəkləmir

    Rusiya əhalisinin 52 faizi mövcud hökuməti ...

    18-12-2012, 13:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (346)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu