Avstraliyada parlament qalmaqalı böyüməyə davam edir. Belə ki, daha üç qadın təcavüz və cinsi zorakılıq qurbanı olduqlarını iddia ediblər.
Bu barədə ABC xəbər yayıb.
Keçən həftə Avstraliya Müdafiə Nazirliyinin sözçüsü Brittani Hiqqins polisə müraciət edərək zorlandığını bildirib. Hadisə 2019-cu ilin martında parlament binasında, nazir Linda Reynoldsun parlamentdəki kabinetində baş verib. Açıqlamaya görə, qız iş yoldaşı tərəfindən təcavüzə məruz qalıb.
İndi isə Müdafiə Nazirliyinin adı açıqlanmayan əməkdaşına qarşı daha üç qadın, o cümlədən Liberal Partiyanın parlament köməkçisi və 2016-cı il kampaniyasının könüllüsü ittiham irəli sürüb. Dördüncü qadın 2017-ci ildə Kanberrada, siyasi quruluş nümayəndələrinin ənənəvi olaraq toplandığı barda baş verən hadisə ilə əlaqədar polisə müraciət edib. Zərərçəkmiş adının açıqlanmaması şərtilə telekanala bildirib ki, söhbət təqsirləndirilən şəxsin yolverilməz toxunuşlarından gedir.
Avstraliya hökuməti qalmaqalla bağlı sürətli və müstəqil araşdırma aparacağına söz verib
Sorğu
Yeni dizaynımız necədir?