Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsurun Ovannisyan ABŞ-a qaçıb.
Bu barədə hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün tvitterdəki səhifəsində bildirib.
"Bir gün əvvəl (fevralın 21-də) Los-Anceles reysinin sərnişinləri (Ermənistan-red) Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Ovannisyanı gördülər. O, bacısı ilə Qətər reysilə uçurdu.
Təyyarədə xeyli adam vardı. Hamı ona qışqırırdı. Amma o məhəl qoymurdu" - şahid dedi”, - İqor Korotçenko vurğulayıb.
Qeyd edək ki, Arsurun Ovannisyan ikinci Qarabağ müharibəsi dövründə Ermənistan vətəndaşlarına cəbhədəki döyüşlər barədə yalan məlumatlar verməsi ilə yadda qalıb. O, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarını tərk etməsini "takitiki geri çəkilmə" adlandırırdı.
Lakin sonradan Ovannisyanın yalanları üzə çıxdı. O, müharibədəki məğlubiyyətdən sonra vəzifəsindən istefa verdi. Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü sonra iddia etdi ki, naməlum şəxslər ona hücum edib. Nazirliyin sabiq rəsmisi hədələndiyini və izləndiyini də bildirib./report.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?