Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildə Ermənistanın Baş Konsulluğu açılıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistanın Ərbildəki konsulu vəzifəsinə Arşak Manukyan təyin edilib.
Ermənistan xarici işlər nazirinin müavini Artak Apitonyan da konsulluğun açılış mərasimində iştirak məqsədilə Ərbilə gedib. Səfər çərçivəsində xarici işlər nazirinin müavini Ərbildə Kürdüstan Demokrat Partiyasının sədri Məsud Bərzani ilə də görüşüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?