Türkiyənin Taksim bölgəsində baş vermiş hadisə böyük qalmaqala səbəb olub. Ailem.az Türkiyə KİV-nə istinadən bildirir ki, Taksimdəki uşaq evində qalan azyaşlı qızları fahişəliyə cəlb edən 3 şəxs həbs edilib. Həmin şəxslər Taksimdəki uşaq baxım və sosial reabilitasiya mərkəzinin müdiri A.K və iki müdir köməkçisi olub. Məlumata görə, onlar çərkəzdəki azyaşlı qız uşaqlarını fahişəliyə cəlb edərək qarşılığında pul alıblar. İstanbul cinayət işləri üzrə şöbə müdirliyi qızların fahişəliyə yönəldilməsi haqqında xəbər aldıqdan sonra təxminən 1 il öncə gizli əməliyyat axtarış tədbirlərinə başlayıb. Əməliyyat nəticəsində mərkəzin müdiri A.K və müdir köməkçilərinin 10-17 yaş arasındakı qızların fahişəlik etmələrinə vasitəçi olduqları aşkara çıxarılıb. Polis bu haqda Ailə və Sosial Siyasət Nazirliyinə xəbər verdikdən sonra mərkəzin müdiri A.k işdən azad edilib və həmin mərkəz bağlanıb. Bu günlərdə polis müdirlə birlikdə vasitəçi olan digər 2 şəxsi də həbs edib. Əməliyyatlər tamamlandıqdan sonra işin məhkəməyə sövq ediləcəyi bildirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?